Bakıda təşkil olunan Millətlər Liqasının mükafatlandırma mərasimi keçirilib
Bakıda təşkil olunan Millətlər Liqasının C qrupunun son oyunundan sonra bağlanış və mükafatlandırma mərasimi keçirilib.
Far.Az "Report"a istinadən xəbər verir ki, tədbir "Bayıl Arena"da baş tutub.
Mərasimdə Avropa Amputant Futbol Federasiyasının prezidenti Mateuş Vidlak, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, C qrupunda mübarizə aparan ölkə təmsilçilərinin nümayəndələri və digər rəsmi qonaqlar iştirak ediblər.
Niderlanddan Eddi Neqers turnirin ən yaxşı qapıçısı, Azərbaycan millisindən Sənan Hacıyev C qrupunun ən yaxşı futbolçusu, Ukraynadan Dmitro Şeheleski ən yaxşı gənc oyunçu seçilib.
Turnirin bombardiri olan İsrail yığmasının üzvü Ben Mamana xüsusi hədiyyə verilib.
Son olaraq C qrupunu 9 xalla birinci sırada başa vuran Ukrayna yığmasına kubok və qızıl medal təqdim olunub. 8 xalla ikinci olan İsrail seçməsi gümüş, 7 xala malik Azərbaycan millisi isə bürünc mükafatla təltif edilib.
Qalereya
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu deputatın mandatı ləğv edildi
-
Azərbaycan tranzit yükdaşımadan milyardlar qazanacaq
-
Azərbaycanda mənzil və avtomobillər kimlərə pulsuz verilir - RƏSMİ CAVAB
-
Sabahdan temperatur 10° enəcək - XƏBƏRDARLIQ
-
Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib
-
Fransada etirazlara görə müxtəlif şəhərlərdə həbslər həyata keçirilir













