İranın Müdafiə Nazirliyi: Raket gücünün əhəmiyyətli hissəsi istifadə edilməyib
Far.Az xəbər saytı

İranın Müdafiə Nazirliyi: Raket gücünün əhəmiyyətli hissəsi istifadə edilməyib


İranın raket gücünün əhəmiyyətli hissəsi istifadə edilməyib.

"Far.Az"un "Fars" agentliyinə istinadən məlumatına görə, bunu İran Müdafiə Nazirliyinin sözçüsü Rza Talayinik deyib.

O qeyd edib ki, İran Silahlı Qüvvələri atəşkəsdən əvvəlki ana qədər səmanı öz nəzarətində saxlayıb.

"Raket potensialının əhəmiyyətli bir hissəsi də hələ də istifadə edilməmiş olaraq qalır", - sözçü bildirib.

‌O həmçinin vurğulayıb ki, Hörmüz boğazı İranın nəzarətindədir və İran xalqının tələblərinin həyata keçirilməsi üçün vacib rıçaqa çevrilib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.

Bloklanması dünyada enerji böhranına səbəb olan Hörmüz boğazı ətrafındakı vəziyyət qeyri-müəyyən olaraq qalır, hər iki tərəf müxtəlif fasilələrlə onun açıldığını elan edir, lakin faktiki olaraq regionda gəmiçilik dayandırılıb.

Oxşar xəbərlər

Azərbaycanın bir diplomatı və üç Çin vətəndaşı İrandan təxliyə olunub
Azərbaycanın bir diplomatı və üç Çin vətəndaşı İrandan təxliyə olunub - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər