Dneprə endirilən zərbələr zamanı xəsarət alanların sayı 46 nəfərə çatıb - YENİLƏNİB-2
Far.Az xəbər saytı

Dneprə endirilən zərbələr zamanı xəsarət alanların sayı 46 nəfərə çatıb - YENİLƏNİB-2


Rusiya Silahlı Qüvvələrinin Dneprə kombinə edilmiş hava hücumu nəticəsində xəsarət alanların sayı 46 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja bildirib.

"Rusiyanın Dneprə kütləvi hücumu nəticəsində 46 nəfər yaralanıb. Onların arasında beş uşaq var. 23 zərərçəkən xəstəxanaya yerləşdirilib. 26 və 44 yaşlarında iki qadının vəziyyəti ağırdır. Hər kəsə lazımi yardım göstərilir", - o, "Telegram" kanalında yazıb.

Rusiya qoşunları Ukraynanın Dnepr şəhərinə yenidən zərbə endirib, nəticədə bir nəfər ölüb, 7 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının (VHA) rəhbəri Aleksandr Qanjanın "Telegram" kanalına istinadən məlumat yayıb.

"Ruslar yenə Dneprə zərbə endirdilər. Və yenə yaşayış binasına ziyan dəyib", - o yazıb və əlavə edib ki, zərərçəkənlərə zəruri tibbi yardım göstərilir.

Bu gecə Rusiya qoşunları Xarkov, Dnepr, eləcə də Ukraynanın Zaporojye və Nikolayev vilayətlərinə bir sıra zərbələr endirib.

"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" vilayət hərbi administrasiyalarına (VHA) və Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb.

Dnepropetrovsk VHA-nın rəisi Aleksandr Qanjanın məlumatına görə, Dneprə edilən hücumlar nəticəsində 18 nəfər yaralanıb. Həmçinin, dördmərtəbəli yaşayış binası qismən dağılıb.

Xarkov meri İqor Terexov şəhərin Kiyev və Şevçenko rayonlarına da endirilən zərbələr barədə məlumat verib.

"Zərbələrdən biri yaşayış binasının yaxınlığında qeydə alınıb. Nəqliyyat infrastrukturu obyektlərinə ziyan dəyib: ictimai nəqliyyat dayanacağı dağıdılıb və qaz kəməri ziyan görüb", - o deyib.

Xarkovun Nemışlyansk rayonunda pilotsuz uçuş aparatının zərbəsi nəticəsində bir uşaq yaralanıb.

Zaporojye vilayətində bir sutka ərzində 43 yaşayış məntəqəsinə 555 atəş qeydə alınıb. Xüsusilə, 25 aviazərbə, dronlarla 357 hücum, Yaylım atəşli reaktiv sistemlərdən 6 atəş və 167 artilleriya zərbəsi endirilib. Yaşayış binalarının, avtomobillərin və infrastruktur obyektlərinin zədələnməsi barədə 69 məlumat daxil olub.

Nikolayev VHA-dan bildirilib ki, region "Shahed" tipli dronların tətbiqi ilə Rusiya hücumlarına məruz qalıb, nəticədə iki qadın xəsarət alıb.

Məlumata görə, gecə kamikadze dronları ilə Odessaya da hücum edilib. Yaşayış binalarına zərbələr qeydə alınıb. İki nəfər ölüb, yaralılar var.

Oxşar xəbərlər

Rusiya yenə Dneprə zərbə endirib, 7 nəfər yaralanıb - YENİLƏNİB
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb
Rusiya Ukraynaya zərbələr endirib, 2 nəfər ölüb, 18 nəfər yaralanıb
Turistlərin sevimli şəhərinə çevrilmiş paytaxt Bakı
Rusiya Ukraynanın üç vilayətinə zərbə endirib, 3 nəfər ölüb, 16 nəfər xəsarət alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər