Moldova və Ukrayna Prezidentləri regionda təhlükəsizlik məsələlərini müzakirə ediblər
Aprelin 26-da Kiyevdə səfərdə olan Moldova Prezidenti Maya Sandu Çernobıl faciəsinin 40 illiyi ilə bağlı anıma qatılıb.
"Far.Az"un Şərqi Avropa bürosunun məlumatına görə, daha sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüş keçirən M. Sandu ukraynalı həmkarı ilə birgə mətbuat konfransına da qatılıb.
Moldova Prezidenti bildirib ki, ukraynalı həmkarı ilə birgə regionda təhlükəsizlik, Avropaya birgə inteqrasiya məsələlərini müzakirə ediblər. O qeyd edib ki, Rusiyanın Ukraynada apardığı müharibədən Moldova xalqı da əziyyət çəkir.
Volodimir Zelenski isə qeyd edib ki, moldovalı həmkarı ilə təkbətək görüşdə avrointeqrasiya fəaliyyətini birgə gücləndirmək qərarına gəlinib:
"Ukrayna Moldovada Dnestryanı ərazidə vəziyyətə görə Kişinyov ilə birgə addımlayacaq. Biz Moldovanın təhlükəsizliyinə tam dəstək veririk"-deyə, o, əlavə edib.
Oxşar xəbərlər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyevin Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Mançester Siti" İngiltərə Kubokunun finalına çıxıb
-
Tramp İranla telefon danışıqlarının davam etdiriləcəyini düşünür
-
Bu gün IX sinif şagirdləri imtahan veriblər - YENİLƏNİB
-
Azərbaycanın dağ xizəkçisi Şanel Akselsson Norveçdəki beynəlxalq yarışda 4-cü olub
-
Azərbaycanlı vokalçı Rusiyada məşhur yarışın qalibi oldu
-
Trampın iştirak etdiyi tədbirdə silahı insident: Prezident və xanımı təxliyə edildi













