Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır?
Far.Az xəbər saytı

Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır?


Bakı metrosunun Həzi Aslanov metro stansiyası ilə bağlı narahatedici vəziyyət diqqət çəkir.

Far.Az-in məlumatına görə, stansiyanın platforma hissəsində ciddi texniki problemlər mövcuddur.

Perron boyunca divarlarda su izləri və çoxsaylı sızma əlamətləri açıq şəkildə görünür. Mərmər üzlüyün bəzi hissələrinin deformasiyaya uğraması və çürüməsi isə problemin yeni olmadığını göstərir.

Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır?

Qeyd edək ki, vizual əlamətlər uzunmüddətli və sistemli su infiltrasiya prosesindən xəbər verir. Bu cür hidroizolyasiya problemləri metropoliten infrastrukturunda daha ciddi nəticələrə gətirib çıxara bilər. Xüsusilə elektrik kabellərində qısaqapanmaların baş verməsi və nəticədə qatarların hərəkətində fasilələrin yaranması ehtimalı artır.

Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır?

"Bakı Metropoliteni" QSC-dən Far.Az-in sorğusuna cavab olaraq bildirilib ki, "Həzi Aslanov" stansiyası 1981–1987-ci illərdə mürəkkəb mühəndis-geoloji və hidrogeoloji şəraitə malik ərazidə inşa edilib:

"Sonrakı dövrlərdə tikinti prosesində fasilələr və ərazidə hidrogeoloji vəziyyətin dəyişməsi, eləcə də qrunt sularının təsiri stansiya infrastrukturunda müəyyən aşınmalara səbəb olub.

Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır?

Məhz bu amillər nəzərə alınaraq, 30 noyabr 2024-cü il tarixindən etibarən stansiyanın dalan yolunda planlı əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. Təmir işləri çərçivəsində dalan yolunda izolyasiya qatları yenilənir və gücləndirilir, konstruksiyalar tamamilə yenidən qurulur və infrastruktur daha dayanıqlı vəziyyətə gətirilir.

Qeyd edək ki, dalan yolunun tikintisinin 2026-cı ilin sentyabr ayına kimi başa çatdırılması planlaşdırılır.

Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır?

"Həzi Aslanov" stansiyasının yenidənqurulması isə 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, "Həzi Aslanov" stansiyasına keçid funksiyası daşıyacaq "Y-17" stansiyasının inşası dövründə həyata keçiriləcək.

Bununla yanaşı, stansiya daim nəzarətdə saxlanılır, mütəmadi texniki baxış və qulluq işləri aparılır. Qrunt suları və yağıntıların təsiri nəzarət altındadır, təhlükəsiz istismar tam təmin olunur".

Orxan Hüseyn

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər" - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər