Regionda yeni reallıq və dəyişikliklər: Azərbaycan mərkəzi qovşağa çevrilir
Far.Az xəbər saytı

Regionda yeni reallıq və dəyişikliklər: Azərbaycan mərkəzi qovşağa çevrilir


Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının ev sahibi kimi insan mərkəzli inkişaf, təhlükəsizlik və inklüzivlik prinsiplərini beynəlxalq ictimaiyyətə çatdırmağı hədəfləyir.

Bu barədə "Euronews"un Azərbaycanın Forum hazırlıqlarına həsr olunmuş reportajında bildirilir.

Qeyd edilib ki, Azərbaycan qlobal dialoqa töhfə vermək məqsədilə beynəlxalq tərəfdaşlıqlarda fəal iştirak edir.

Rumıniyanın "Click" nəşrində dərc olunan məqalədə Qafqaz regionunda 30 ildən artıq bağlı qalan ərazilərin yenidən açılması fonunda Avropa ilə Asiya arasında ticarət marşrutlarının dəyişə biləcəyi təhlil olunur.

Məqalədə Türkiyənin Ermənistanla sərhəddə yerləşən və uzun illərdir bağlı olan "Alican" keçid məntəqəsini yenidən açmağı planlaşdırdığı bildirilir.

"Bu addım Avropa ilə Asiya arasında yeni quru ticarət marşrutunun formalaşmasına şərait yarada bilər", - deyə mənbə qeyd edir.

Oxşar xəbərlər

İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
"Qarabağ" ingilislərə ŞOU GÖSTƏRDİ - Dünya bizdən DANIŞIR
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər