Braziliyada "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib
Braziliyanın Laqo Sul şəhərində Azərbaycan zəngin mədəni irsinin tanıdılması məqsədilə "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib.
Bu barədə "Far.Az"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, tədbir Dövlət Komitəsinin dəstəyi, Braziliya Beynəlxalq Münasibətlər üzrə Jurnalistlər Assosiasiyasının prezidenti, jurnalist Fabiana Ceyhanın təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Azərbaycanın qədim və zəngin mədəniyyətini əks etdirən milli musiqilər, rəqslər, ənənəvi geyimlər və xalq sənəti nümunələri geniş şəkildə nümayiş olunub. Ölkəmizin mədəni irsinin dərin tarixi köklərə malik olduğu və bu gün də beynəlxalq səviyyədə tanındığı xüsusi vurğulanıb.
Bundan əlavə, milli mətbəx nümunələrinin sərgiləndiyi stendlər qurulub, iştirakçılar aşpaz Halil Ceyhanın hazırladığı Azərbaycan mətbəxinin ləziz təamlarına qonaq edilib.
Tədbirin bədii hissəsi xüsusi maraqla qarşılanıb. Milli musiqilərimizin səsləndirilməsi qonaqlara unudulmaz anlar yaşadıb. Nyu Yorkda yaşayan azərbaycanlı musiqiçilər Röya və Rizvanın ifaları isə braziliyalı tamaşaçıların zövqünü oxşayıb.
Tədbir Azərbaycan mədəniyyətinin beynəlxalq arenada daha yaxından tanıdılmasına, milli kimliyimizin qorunmasına və iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verib. "Azərbaycan Mədəniyyət Günü" Braziliya mətbuatında da geniş işıqlandırılıb.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Türkiyə mətbəxinin ləziz məkanı "Günaydın" restoranına "5 ulduz" sertifikatı verildi
Məşhur müğənni niyə səhnədə niyə açıq-saçıq geyimlər geyinmir?
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Rabatda keçirilən "Mədəniyyətlər Günü" adlı tədbirdə Azərbaycan stendi maraqla qarşılanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WUF13 Festivalının axşam proqramlarında dəyişikliklər edilib - YENİLƏNİB
-
Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edilib - YENİLƏNİB
-
Trampın qəbulunda atışmada şübhəli bilinən şəxsə yeni ittihamlar irəli sürülə bilər
-
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi
-
Zakir Həsənov italiyalı həmkarı ilə görüşüb və Qafqazda sabitliyi müzakirə edib
-
İlham Əliyev: Müdafiə sənayesindəki əməkdaşlığımızı yüksək qiymətləndiririk













