Cıdır Atçılıq Mərkəzi təmirə bağlanır
Far.Az xəbər saytı

Cıdır Atçılıq Mərkəzi təmirə bağlanır


Bakıda yerləşən Cıdır Atçılıq Mərkəzi təmirə bağlanır.

BAKU.WS-in əldə etdiyi məlumata görə, mərkəzin ərazisində yenidənqurma və abadlıq işlərinə start verilib.

Aparılacaq işlər çərçivəsində bəzi köhnə anbarların sökülməsi nəzərdə tutulur. Artıq ərazidə bu istiqamətdə hazırlıq və qismən söküntü işlərinin aparıldığını əks etdirən görüntülər də yayılıb.

Bildirilib ki, təmir müddətində mərkəzin fəaliyyəti tam şəkildə dayandırılacaq. Bu səbəbdən atçılıqla məşğul olan şəxslər və ziyarətçilər müəyyən müddət ərzində mərkəzdən istifadə edə bilməyəcəklər.

İlkin məlumata əsasən, təmir və yenidənqurma işlərinin təxminən bir ay davam edəcəyi gözlənilir. İşlər başa çatdıqdan sonra mərkəzin daha müasir və rahat şəraitdə fəaliyyətini bərpa edəcəyi qeyd olunur.

Qeyd edək ki, sözügedən mərkəz atçılıq idmanına maraq göstərənlər üçün paytaxtda fəaliyyət göstərən əsas məkanlardan biri hesab olunur.

Oxşar xəbərlər

Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər