Tokio esmineslərinin Manilaya köçürülməsini müzakirə edəcək
Far.Az xəbər saytı

Tokio esmineslərinin Manilaya köçürülməsini müzakirə edəcək


Yaponiyanın müdafiə qurumunun rəhbəri Şinciro Koizumi gələn ay Filippinə səfər etmək niyyətindədir. Səfər çərçivəsində digər məsələlərlə yanaşı, Hərbi Dəniz Qüvvələrinin tərkibindən çıxarılan Yaponiya esmineslərinin mümkün təhvil verilməsi məsələsi də müzakirə olunacaq.

"Far.Az" xəbər verir ki, bu barədə Yaponiya İctimai Televiziyası məlumat yayıb.

Televiziya dəqiqləşdirib ki, səfər mayın bayram günlərinə planlaşdırılıb. Filippin tərəfi ilə danışıqlar aprelin 21-də Yaponiya Nazirlər Kabinetinin müdafiə avadanlıqlarının verilməsinin "üç prinsip"i adlandırılan qaydalara yenidən baxılması barədə qərarı rəsmən təsdiqləməsindən sonra ilk konkret addım olacaq. Bu qərar faktiki olaraq Yaponiya silahlarının, o cümlədən ölümcül xarakterli silah nümunələrinin ixracı üçün mövcud maneələri aradan qaldırıb.

Baş nazir Sanae Takaiçi bildirib ki, dost ölkələrə silah tədarükü onların müdafiə imkanlarının artırılmasına və Yaponiyanın özünün təhlükəsizliyinin təmin edilməsinə kömək edir. O, eyni zamanda, sülhsevər dövlətin təməl prinsiplərinə sadiqliyin tam şəkildə qorunub saxlanıldığını qeyd edib.

Ehtimal olunur ki, Yaponiya ölümcül silahları yalnız Tokio ilə onun tətbiq şərtləri, o cümlədən hərbi texnologiyalar sahəsində məxfilik rejiminin qorunması öhdəlikləri barədə saziş bağlamış dövlətlərə ixrac edəcək. Hazırda belə razılaşmalar Yaponiyanı 17 ölkə ilə bağlayır: ABŞ, Böyük Britaniya, Avstraliya, Hindistan, Filippin, Fransa, Almaniya, Malayziya, İtaliya, İndoneziya, Vyetnam, Tailand, İsveç, Sinqapur, BƏƏ, Monqolustan və Banqladeş. Silah tədarükü ilə bağlı qərarları baş nazirin və bir sıra aidiyyəti nazirlərin iştirakı ilə Milli Təhlükəsizlik Şurası qəbul edəcək. Qəbul edilmiş qərarlar barədə parlamentin məlumatlandırılması planlaşdırılır, lakin bu cür əqdlərin bağlanması üçün onun təsdiqi tələb olunmayacaq.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər