NASA: ABŞ kosmik sektorda dəyişikliklər etməsə, Çinə Ay yarışında uduzacaq
Far.Az xəbər saytı

NASA: ABŞ kosmik sektorda dəyişikliklər etməsə, Çinə Ay yarışında uduzacaq


ABŞ kosmik sektorda böyük dəyişikliklər etməsə, Çinə Ay yarışında uduzacaq.

"Report" xəbər verir ki, bu qiymətləndirməni ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) rəhbəri Cared Ayzekman Senatın Təxsisatlar Komitəsinin dinləməsində edib.

Çinin kosmik tədqiqatlardakı uğurlarını xatırladan Cared Ayzekman, artıq Çini ABŞ-yə demək olar ki, bərabər hesab etmədiyini bildirib: "Onlar bizə çatmağa daha çox yaxınlaşıblar. Onlar inanılmaz dərəcədə sürətlə irəliləyirlər. Düşünürəm ki, altı ay əvvəl bu barədə bildiyimiz hər şey artıq köhnəlib; bu müddət ərzində iki nəsil irəliləyiblər.

NASA dəyişikliklər etməli, yanaşmasını vahidləşdirməli və əsas bacarıqları və əzələ yaddaşını bərpa etməlidir. Kosmosda bizimlə rəqabət aparacaq geosiyasi rəqibimiz olmadığı onilliklərdə hər kəsi məmnun etməyə çalışmaq bir şey idi. Amma bu yanaşmanı indi davam etdirsək, heç kim xoşbəxt olmayacaq, çünki bizdən əvvəl Aya enən taykonavtları görəcəyik".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər