Tramp: Rusiya İrandakı yox, Ukraynadakı böhranın nizamlanması üzərində işləməlidir
ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun üçün Moskvanın İran böhranının deyil, Rusiya-Ukrayna münaqişəsinin həlli ilə məşğul olması daha vacibdir.
"Report" xəbər verir ki, Tramp bu barədə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığının yekunlarına dair Ağ evdə jurnalistlərə deyib.
Tramp rusiyalı həmkarı ilə söhbətinin yaxşı keçdiyini deyib və qeyd edib ki, Rusiya ilə Ukrayna arasındakı münaqişənin tezliklə həllini tapmaq mümkün olacaq.
"Bizim çox yaxşı söhbətimiz oldu... Düşünürəm ki, biz nisbətən tezliklə həll yolu tapacağıq. Mən buna ümid edirəm. O (Putin - red.) mənə dedi ki, uranın zənginləşdirilməsi məsələsində kömək etmək istəyir. Mən cavab verdim ki, Rusiyanın Ukraynadakı müharibənin başa çatdırılmasına cəlb olunmasına üstünlük verərdim. Bu mənim üçün daha vacib olardı", - Vaşinqton administrasiyasının rəhbəri bildirib.
Bununla belə, Tramp qeyd edib ki, ABŞ və Avropa ölkələri arasında Ukrayna ilə bağlı fikir ayrılıqları qalmaqdadır.
"Bu, NATO-dan daha çox Avropa ölkələrinə aiddir", - o dəqiqləşdirib və əlavə edib ki, Ukrayna və İrandakı münaqişələr təxminən eyni vaxtda başa çata bilər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
-
Estoniya Rusiya ilə sərhəddə dəmir yolu keçid məntəqəsinin istisna etməyib













