Ermənistanın keçmiş müdafiə nazirinin müavininə qarşı antikorrupsiya ittihamı irəli sürülüb
Far.Az xəbər saytı

Ermənistanın keçmiş müdafiə nazirinin müavininə qarşı antikorrupsiya ittihamı irəli sürülüb


Ermənistanın müdafiə və fövqəladə hallar nazirlərinin keçmiş müavini Ara Nazaryana qarşı antikorrupsiya istintaqı çərçivəsində ittihamlar irəli sürülüb.

"Report" "Hraparak"a istinadən xəbər verir ki, ittiham Ermənistanın Antikorrupsiya Komitəsi tərəfindən araşdırılan cinayət işi çərçivəsində irəli sürülüb.

Nəşrin məlumatına görə, istintaq Ermənistan Müdafiə Nazirliyi tərəfindən mənzillərin təqdim edilməsi prosesi ilə bağlıdır.

Qeyd olunur ki, son illərdə Nazaryan ictimaiyyət arasında görünmür və onun indiki fəaliyyəti məlum deyil.

Ara Nazaryan 2007–2017-ci illərdə Ermənistanın müdafiə nazirinin müavini, 2017–2020-ci illərdə isə fövqəladə hallar nazirinin müavini olub.

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda 4 otaqlı ev 118 800 manatdan - Ucuz mənzillərin satışı başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər