Belqradda "İnterpol"un regional bürosu açıla bilər
Far.Az xəbər saytı

Belqradda "İnterpol"un regional bürosu açıla bilər


Serbiya yaxın vaxtlarda Belqradda "İnterpol"un regional bürosunun açılması üçün namizədliyini rəsmən irəli sürəcək.

"Report"un Balkan bürosu xəbər verir ki, bunu ölkənin Baş nazirinin müavini və daxili işlər naziri İvitsa Daçiç "İnterpol"un baş qərargahına rəsmi səfərindən sonra bildirib.

O qeyd edib ki, təşəbbüs dünyanın ən böyük polis təşkilatı tərəfindən də müsbət qarşılanıb:

"Biz "İnterpol"da məlumat bazalarından ən çox istifadə edən və ən yaxşı əməkdaşlığa malik ölkələrdən biri kimi tanınırıq. Keçən il 100 mindən çox məlumat mübadiləsi ilə informasiya paylaşımına görə ilk on ölkə sırasındayıq. Hazırda dünyada altı regional büro fəaliyyət göstərir, yeddincisi isə Səudiyyə Ərəbistanında açılma mərhələsindədir. Bütün zəruri prosedurlar yerinə yetirildikdən sonra Serbiya da büro açmaq üçün bir-iki ay ərzində namizədliyini irəli sürəcək".

Nazir hesab edir ki, Serbiyanın bu məsələdə kifayət qədər potensialı var:

"Bu barədə regiondakı tərəfdaşlarımızla dafələrlə müzakirələr aparmışıq ki, digər ölkələrin də dəstəyini əldə edək".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatla çıxış ediblər - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər