Güləşçilər Azərbaycan idmançılarının reytinq cədvəlində ilk "üçlük"də qərarlaşıblar
Far.Az xəbər saytı

Güləşçilər Azərbaycan idmançılarının reytinq cədvəlində ilk "üçlük"də qərarlaşıblar


Azərbaycan idmançılarının 2026-cı ilin may ayı üçün reytinq cədvəli açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Siyahıya ötən ay Albaniyanın paytaxtı Tiranadakı Avropa çempionatında qızıl medal qazanan yunan-roma güləşçisi Həsrət Cəfərov (480 xal) başçılıq edir.

Yarışın digər qızıl mükafatçısı, sərbəst güləşçi Giorgi Meşvildişvili (460 xal) ikinci pillədə qərarlaşıb. Qitə birinciliyində gümüş medal qazanan sərbəst güləşçi Arseniy Djioyev (420 xal) ilk "üçlüy"ü qapayır.

Növbəti sıralarda Zelim Kotsoyev (cüdo, 390 xal), Elcan Hacıyev (cüdo, 370 xal), Səidcəmşid Cəfərov (boks, 350 xal), Murad Əhmədiyev (yunan-Roma güləşi, 330 xal), Zelim Tçkayev (cüdo, 320 xal), Ülvü Qənizadə (yunan-Roma güləşi, 300 xal) və Murad Əhmədiyev (yunan-Roma güləşi, 270 xal) yer alıblar.

Oxşar xəbərlər

Gənclər və İdman Nazirliyi 2025-ci ilin ən yaxşılarını açıqlayıb - YENİLƏNİB
Həsrət Cəfərov Azərbaycan idmançılarının reytinq siyahısında liderdir
AÇ: Zelim Kotsoyev diskvalifikasiya edilib, Azərbaycan yığması turniri 4 medalla başa vurub - YENİLƏNİB-6
Azərbaycan idmançılarının martın 1-nə olan reytinq cədvəli açıqlanıb
İslamiada: Azərbaycan güləşçisi gümüş medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər