Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə taktiki-uçuş təlimi başa çatıb
Far.Az xəbər saytı

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə taktiki-uçuş təlimi başa çatıb


Mayın 2-də Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən "TurAz Qartalı-2026" birgə taktiki-uçuş təlimi başa çatıb.

Müdafiə Nazirliyindən Far.Az-ə verilən xəbərə görə, təlimin başa çatması münasibətilə iştirakçılara brifinq təqdim olunub.

Bildirilib ki, təlim müddətində hər iki qardaş ölkənin hərbi pilotları birgə uçuşlar həyata keçirib, verilən tapşırıqları peşəkarlıqla yerinə yetiriblər.

Təlimdə ssenariyə uyğun olaraq, müvafiq uçuşların planlaşdırılması, Hava Hücumundan Müdafiə (HHM) vasitələrinin və digər hədəflərin yerlərinin aşkar olunması, məlumatların Birləşmiş Hava Əməliyyat Mərkəzinə ötürülməsi və onların məhv edilməsi, eləcə də digər fəaliyyətlər müvəffəqiyyətlə icra olunub.

Həmçinin heyətin fərqli şəraitlərdə uçuş bacarıqlarının artırılması, yeni texnika və silah sistemləri ilə tanışlıq məqsədi ilə mübadilə uçuşlarının yerinə yetirilməsi, aviasiya vasitələrindən tətbiq olunan radioelektron mübarizə şəraitində HHM vasitələrinin fəaliyyətinin qiymətləndirilməsi tapşırıqları da yerinə yetirilib.

Hərbi pilotların fəaliyyətləri təlim rəhbərləri tərəfindən yüksək qiymətləndirilib, iştirakçılara gələcək xidmətlərində uğurlar arzulanıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər