Almaniya potensial müharibə üçün infrastruktur hazırlayır
Almaniya mülki infrastrukturu hərbi məqsədlər üçün yenidən qurur.
"Far.Az" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Baltik dənizi sahilindəki Bremerhavendə Avropanın ən böyük avtomobil limanı 1,35 milyard avro məbləğində modernləşdirmədən keçəcək. Bu layihənin məqsədi yükləmə platformalarını gücləndirməkdir ki, "Leopard" tankları kimi hərbi texnikanı gələcək cəbhə xəttlərinə daşımaq mümkün olsun.
2026-cı ildə həyata keçirilməsi planlaşdırılan bu layihə Almaniyanın potensial müharibəyə hazırlığı üzrə daha genişmiqyaslı təşəbbüsün bir hissəsidir. Hərbi münaqişə baş verəcəyi halda, ölkənin coğrafi mövqeyi və resursları qoşunların ləvazimatla təchiz edilməsi üçün ona strateji cəhətdən mühüm mövqe təmin edəcək.
"Almaniya hökumətinin planlarına baxmayaraq, ordunun layihənin icrasını müstəqil şəkildə təmin etmək üçün vəsaiti çatmır, buna görə də hakimiyyət orqanları özəl sektordan dəstək axtarır. Lakin Bundesver NATO müttəfiqinə hücum olacağı halda, sürətli kütləvi səfərbərlik üçün tələb olunan miqyasda dövlət-özəl tərəfdaşlığına hazır deyil", - agentlik qeyd edir.
Daha əvvəl məlum olub ki, İranla müharibəyə dair Avropa ölkələri ilə fikir ayrılıqları fonunda ABŞ Almaniya ərazisindən 5 min hərbi qulluqçusunu çıxarmağa başlayıb. Bununla belə, Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, ölkədəki Amerika qoşunlarının sayının azaldılması Avropanın daha da gücləndirilməsinə stimul olmalıdır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
-
Estoniya Rusiya ilə sərhəddə dəmir yolu keçid məntəqəsinin istisna etməyib













