Ali Məhkəmə keçmiş federasiya prezidentinin şikayətini rədd etdi
Ali Məhkəmədə idmançı Araz Musayevin Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinə baxılıb.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, şikayət araşdırılaraq qərar qəbul edilib. Qərara əsasən, birinci və ikinci instansiya məhkəmələrinin qərarları qüvvədə saxlanılıb, idmançının şikayəti rədd edilib.
Xatırladaq ki, idmançı Araz Musayev Azər Həsənsoyun Azərbaycan Muaytay Federasiyasının prezidenti seçilməsi ilə bağlı 2 noyabr 2024-cü ildə keçirilən konfransının qərarının ləğv edilməsi ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı rədd edərək konfransın qərarını qüvvədə saxlamışdı.
Birinci instansiya məhkəməsi ilə razılaşmayan idmançı qərardan apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb idmançının şikayətini rədd etmişdi. Nəticədə A.Musayev Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti vermişdi.
Qeyd edək ki, idmançı Araz Musayev 2022-2024-cü illərdə Azərbaycan Muaytay Federasiyasının prezidenti olub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM
Ali Məhkəmə "Tiktok"da təhqir və böhtan atmaqda ittiham edilən şəxslərlə bağlı qərar verib
Türkiyədə bıçaqlanan Araz Musayev: "Federasiya Azər Həsənsoyun atasının malı deyil"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ombudsman: Ulu Öndər Heydər Əliyevin hüquq siyasətində insan amili daim mərkəzdə dayanıb
-
ÜST rəhbəri "MV Hondius" sərnişinlərinin təxliyəsinə nəzarət edəcək
-
Çimayev UFC-də uduzdu: Striklend dünya çempionu oldu
-
İran Hörmüzdən sui-istifadə etməyə başlayıb
-
Mbappe "Barselona" ilə matçda "Real"ın heyətinə daxil edilməyib
-
Tedros Adhanom: Hantavirus koronavirus deyil













