Qurban Qurbanov: "Rəqibin qolunda qapıçı səhvi, həm də futbolçunun ustalıq səviyyəsi var idi"
Far.Az xəbər saytı

Qurban Qurbanov: "Rəqibin qolunda qapıçı səhvi, həm də futbolçunun ustalıq səviyyəsi var idi"


"Turan Tovuz"un vurduğu qolda həm qapıçı səhvi, həm də futbolçunun ustalıq səviyyəsi var idi.

"Far.Az" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XXX turunda "Turan Tovuz"a qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis qələbə qazandıqları görüşü şərh edib:

"Komandamın çıxışından razıyam və futbolçularımı təbrik edirəm. Sıx oyun təqviminə baxmayaraq meydanda istədiyimiz performansı sərgilədilər və sona qədər mübarizə apardılar. Rəqibə növbəti qarşılaşmalarda uğurlar arzulayıram, azarkeşlərimizin dəstəyi isə hər zamankı kimi yüksək səviyyədə idi. "Turan Tovuz"un vurduğu qolda həm qapıçımızın səhvi, həm də rəqib oyunçunun ustalığı rol oynadı".

Qeyd edək ki, "Qarabağ" - "Turan Tovuz" görüşü Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib.

Oxşar xəbərlər

"Qarabağ"ın tarixi qələbəsi DÜNYA MƏTBUATINDA
Qurban Qurbanov və futbolçuları Yeni Robotik Reabilitasiya Mərkəzini ziyarət ediblər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Misli"nin dəstəyilə Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü başa çatıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər