"Gənclik" parkının yanında prestijli yaşayış: "Highland Residence"də ipoteka ilə mənzillər-"Kristal"
"Kristal"ın prestijli layihəsi "Highland Residence"dən sevindirən xəbər var.
Tikintisinin əsas hissəsi tamamlanmış bu yaşayış kompleksində 52 m2, 2 otaqlı studiyadan 108 m2, 3 otaqlıya qədər dəniz və "Gənclik" parkı mənzərəli mənzillər uzunmüddətli ipoteka imkanı ilə satışa çıxarılıb.
Tikintisi tamamlanmış binada satışa çıxarılan bu mənzillər 20%-dən başlayan ilkin ödəniş və 20 ilədək ipoteka imkanı ilə satışdadır. Qısa müddətdə təhvil imkanı bu layihəni həm investisiya, həm də yaşayış üçün əlverişli edir.
"Highland Residence" 8 Noyabr prospektinə, "Həzi Aslanov" metro stansiyasına yaxın, 43 hektarlıq "Gənclik" parkının düz yanında yerləşir. Kompleksin əlverişli yerləşməsi şəhərin əsas nöqtələrinə çıxışı asanlaşdırmaqla bərabər, ətraf ərazilərdə məktəb, uşaq bağçası, klinika, fitnes mərkəzi, park və müxtəlif iaşə obyektlərinin olması sakinlərin gündəlik ehtiyaclarını rahatlıqla qarşılamasına şərait yaradır.
Yaşayış kompleksində bütün mənzillər tam təmirli formada təhvil verilir. Təmirdə yüksək standartlara cavab verən Avropa brendlərindən istifadə olunur: "HARO" laminat və parket döşəməsi (Almaniya), "Zambaiti Parati" divar kağızı (İtaliya), "Seranit" kafel (Türkiyə), "Grohe" hamam aksesuarları (Almaniya), "Gewiss" elektrik açarları (İtaliya) və "Prysmian" yanmayan kabel infrastrukturu (İtaliya). Həmçinin mənzillər sahə itkisinə yol verilmədən optimal formada planlaşdırılıb, səs və istilik izolyasiyası ilə təchiz edilir.
Kompleksin digər üstünlükləri arasında 24/7 təhlükəsizlik sistemi, avtomobilsiz və təhlükəsiz həyət konsepti, geniş yaşıl istirahət zonaları, uşaqlar üçün oyun meydançaları, futbol və basketbol sahələri, həmçinin yeraltı və geniş avtodayanacaq yer alır. 43 hektarlıq ərazidə 300 000-dən çox ağacı əhatə edən möhtəşəm "Gənclik" parkı isə kompleksin düz yanında yerləşir - səhər yürüşləri və axşam istirahəti üçün ideal məkandır.
Satışa çıxarılan mənzillərin sayı məhduddur. "Highland Residence" layihəsi və satış şərtləri ilə daha ətraflı tanış olmaq üçün layihənin satış ofisinə müraciət edə və ya indi zəng edə bilərsiniz.
Ətraflı: *1544
Ünvan: Xətai rayonu, "Gənclik" parkının yanı
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
8300 mAh batareyaya malik, sarsılmaz HONOR X9d artıq satışdadır
Bakıda 4 otaqlı ev 118 800 manatdan - Ucuz mənzillərin satışı başladı
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var
-
Rusiya və Gürcüstan xüsusi nümayəndələr səviyyəsində birbaşa dialoqu bərpa edirlər
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
-
Azərbaycanda daha bir həkim vəfat etdi













