Pentaqon süni intellektlə bağlı yarım milyard dollarlıq müqavilə imzalayıb
ABŞ Müdafiə Nazirliyi "Scale AI" şirkəti ilə 500 milyon dollarlıq müqavilə imzalayıb.
"Far.Az" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, müqavilə ABŞ ordusu daxilində məlumatların emalı və qərar qəbuletmə proseslərində süni intellekt texnologiyalarının istifadəsini genişləndirməyi hədəfləyir.
Yeni müqavilə "Scale AI"nin 2025-ci ilin sentyabrında Pentaqondan aldığı müqavilədən beş dəfə böyükdür. "Scale AI" şirkətinin dövlət sektoru əməliyyatları üzrə rəhbəri Dan Tadross bildirib ki, yeni müqavilə ABŞ Müdafiə Nazirliyinin əməliyyatlarında müasir süni intellekt alətlərini fəal şəkildə tətbiq etmək öhdəliyini nümayiş etdirir.
"Bloomberg" həmçinin xatırladıb ki, yanvar ayında Pentaqon katibi Pit Heqset müdafiə nazirliyində süni intellekt texnologiyalarının istifadəsini genişləndirmək və onların sürətli tətbiqinə mane olan bürokratik maneələri aradan qaldırmaq planlarını açıqlayıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi













