Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb
Far.Az xəbər saytı

Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb


"Qarabağ"ın futbolçusu Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb.

"Far.Az" Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, braziliyalı yarımmüdafiəçi "Qəbələ" ilə səfər qarşılaşmasında (1:1) fərqlənib.

25-ci qoluna Misli Premyer Liqasının XXXI turunda sevinən Cənubi amerikalı buna 76-cı oyununda nail olub.

Ölkəmizdə yalnız "Qarabağ"ın formasını geyinən Kadi Borqes 2021/2022 mövsümündə 12, 2022/2023 mövsümündə 4, 2024/2025 mövsümündə 6, cari çempionatda 3 dəfə rəqib qapısına yol tapıb.

Yarımmüdafiəçi turnirin tarixinə ən azı 25 qol vuran 132-ci oyunçu kimi düşüb. Kadi 25-ci qolunu 2025/2026 mövsümündə vuran 4-cü futbolçudur. Onun komanda yoldaşı Toral Bayramov və "Araz-Naxçıvan"lılar - Felipe Santosla Ülvi İsgəndərov da yubileyini mövsümün gedişində gerçəkləşdirib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Lənkəranda qandonduran HADİSƏ – Ana isti qaşıqla 3 yaşlı qızının qolunu DAĞLADI
"Misli"nin dəstəyilə Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü başa çatıb
"FIFA Series – 2026": Azərbaycan - Syerra Leone oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3
"Araz-Naxçıvan"ın futbolçusu Misli Premyer Liqasında 20-ci qolunu vurub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər