"Azsığorta"nın xalis mənfəəti 29 %-ə yaxın azalıb
Far.Az xəbər saytı

"Azsığorta"nın xalis mənfəəti 29 %-ə yaxın azalıb


"Azsığorta" ASC bu ilin I rübünü 275 min manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,8 % azdır.

Yanvar-mart aylarında "Azsığorta"nın gəlirləri 2,651 milyon manat (1 il əvvələ nisbətən 5,7 % az), xərcləri 2,307 milyon manat (0,9 % az), mənfəət vergisi ödəmələri isə 69 min manat (28,8 % az) təşkil edib.

Bu il aprelin 1-nə "Azsığorta"nın aktivləri 30,462 milyon manat olub ki, bu da illik müqayisədə 0,4 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 6,8 % azalaraq 10,604 milyon manata düşüb, balans kapitalı isə 3,3 % artaraq 19,858 milyon manata çatıb.

Xatırladaq ki, "Azsığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,007 milyon manatdır. Şirkətin səhmləri 100 % Hikmət Abuzər oğlu İsmayılova ("AFB Bank" ASC-nin 99,64 %-lik, "Bank of Baku" ASC-nin isə 31,11 %-lik səhmdarı) məxsusdur.

Oxşar xəbərlər

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
"AFB Bank"ın xalis mənfəəti 7 % azalıb
"Azsığorta"nın aktivləri 1 %-dən çox azalıb
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər