"Meqa Sığorta"nın xalis mənfəəti 9 dəfədən çox azalıb
Far.Az xəbər saytı

"Meqa Sığorta"nın xalis mənfəəti 9 dəfədən çox azalıb


"Meqa Sığorta" ASC bu ilin I rübünü 124 min manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,25 dəfə azdır.

Yanvar-mart aylarında "Meqa Sığorta"nın gəlirləri 7,57 milyon manat (1 il əvvələ nisbətən 5,8 % az), xərcləri 7,415 milyon manat (12,3 % çox), mənfəət vergisi ödəmələri isə 31 min manat (9,25 dəfə az) təşkil edib.

Bu il aprelin 1-nə "Meqa Sığorta"nın aktivləri 56,775 milyon manat olub ki, bu da illik müqayisədə 1 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 1 % azalaraq 27,052 milyon manata, balans kapitalı isə 1,8 % azalaraq 29,723 milyon manata düşüb.

Xatırladaq ki, "Meqa Sığorta" 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır. Şirkətin səhmlərinin 19 %-i Rauf Əliyevə ("Rabitəbank" ASC-nin 38,6 %-lik səhmdarı), 19 %-i Nəzakət İsmayılovaya, 19 %-i Zaur Quliyevə, 14 %-i Yaşar Qurbanova (Direktorlar Şurasının sədri), 10 %-i Zeynal Əliyevə, 10 %-i Faiq Şahəliyevə, 9 %-i isə Yaşar Əliyevə məxsusdur.

Oxşar xəbərlər

"Meqa Sığorta" maliyyə vəziyyətini açıqlayıb
"Rabitəbank"ın problemli kreditləri 8 %-ə yaxın artıb
"Meqa Həyat Sığorta"nın aktivləri 26 %-ə yaxın azalıb
"Azsığorta"nın xalis mənfəəti 29 %-ə yaxın azalıb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər