Starmer istefa çağırışlarını rədd edib
Far.Az xəbər saytı

Starmer istefa çağırışlarını rədd edib


Böyük Britaniyanın Baş naziri Kir Starmer Leyboristlər Partiyası daxilində artan təzyiqlər fonunda istefasına dair çağırışları rədd edib və tənqidçilərinin haqsız olduğunu sübut etmək niyyətində olduğunu bildirib.

Bu barədə "Far.Az" "Sky News"a istinadən xəbər verir.

O qeyd edib ki, son seçkilərin nəticələri partiya üçün ağır olub və bir sıra güclü nümayəndələrin itirilməsinə gətirib çıxarıb. O baş verənlərə görə məsuliyyəti öz üzərinə götürür, lakin vəzifəsindən getmək fikrində deyil.

Starmer həmçinin qeyd edib ki, partiya daxilində və ictimaiyyət arasında onun liderliyinə şübhə edənlər var, lakin o, əvvəllər də bu cür tənqidlərlə qarşılaşıb və hər dəfə bunun əsassız olduğunu sübut edib. Onun sözlərinə görə, o, Leyboristlər Partiyasını yenidən qurmağı və 2019-cu il parlament seçkilərindəki məğlubiyyətdən sonra onu qələbəyə çatdırmağı bacarıb.

Baş nazir bildirib ki, hazırkı hökumət 2024-cü il seçkilərində əldə edilən mandatı reallaşdırmalı və vəd olunan islahatları həyata keçirməlidir. O vurğulayıb ki, Böyük Britaniya "əvvəlki mühafizəkarlar hökumətinin xaos dövrünə qayıtmamalıdır" və diqqətini öz proqramının icrasına cəmləşdirəcəyinə söz verib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər