Monteneqrolu nazir: "Külək enerjisi sahəsində yeni layihələr üzərində işləyirik"
Far.Az xəbər saytı

Monteneqrolu nazir: "Külək enerjisi sahəsində yeni layihələr üzərində işləyirik"


Monteneqro külək enerjisi sahəsində yeni layihələr üzərində işləyir.

"Report"un Balkan bürosu xəbər verir ki, bunu Monteneqronun energetika və mədən sənayesi naziri Admir Şahmanoviç Belqrad Enerji Forumunda "Cənub-Şərqi Avropada enerji keçidinin təmin edilməsi: əməkdaşlıq, dayanıqlılıq, liderlik" mövzulu panel sessiyasında bildirib.

"Dövlət olaraq gələcək layihələr üçün hazırlıq aparırıq. Əgər indiki vəziyyətə baxsaq, keçmişdə əsas fokus daha çox neft və ənənəvi enerji idi, indi isə diqqət bərpa olunan enerjiyə yönəlib. Avropada günəş və külək enerjisi sahəsində böyük artım var. Bu, yeni imkanlar yaradır, çünki süni intellekt və yeni texnologiyalar da bu sahəyə təsir edir. Hesab edirəm ki, bu prosesdə ciddi dəyişikliklər olacaq",-o qeyd edib.

Nazir vurğulayıb ki, hər məqamda əsas məsələ tənzimləmədir: "Dövlətin hansı qaydaları var, hansı mexanizmlər tətbiq olunur və iqtisadi inkişaf necə təmin edilir-önəmli olan bunlardır. Biz də bunu iqtisadi suverenlik və dayanıqlı inkişaf çərçivəsində qiymətləndiririk. Eyni zamanda külək enerjisi sahəsində yeni layihələr üzərində işləyirik. Bu, uzun illərdən sonra əldə edilən ilk böyük inkişaf mərhələlərindən biridir. 1982-ci ildən sonra bu sahədə ciddi dəyişikliklər olmayıb, amma indi yeni mərhələyə keçid var. Bank və maliyyə mexanizmləri ilə bağlı da proseslər gedir və bu, beynəlxalq əməkdaşlıqla tənzimlənir. Hazırda böyük özəlləşdirmə və investisiya paketləri üzrə son mərhələdəyik. Məqsədimiz qanunvericiliyə uyğun şəkildə enerji sektorunu inkişaf etdirməkdir".

Nazir bəyan edib ki, Monteneqro həmçinin istehsal gücünü artırmaq və mövcud potensialı genişləndirmək istəyir: "Dünya bazarında rəqabət çox güclüdür, buna görə də daha dayanıqlı və effektiv sistem qurmalıyıq. Enerji böhranlarına gəldikdə isə, keçmişlə müqayisədə indi daha hazırlıqlıyıq. Həmkarlarımız da bu prosesdə çox fəaldır və əlavə texniki və institusional dəstək göstərilir. Məqsədimiz təbii riskləri minimuma endirmək və uzunmüddətli dayanıqlılığı təmin etməkdir".

Oxşar xəbərlər

Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Belqrad – tarixlə müasirliyin qovuşduğu şəhərdən REPORTAJ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər