Bakının bu kəndində həyət evlərini çömçəquyruqlar basdı
Su ərazidə o qədər qalıb ki, küçə çömçəquyruqların məskəninə çevrilib... Sakinlər də çətinliklə hərəkət edirlər...
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, görüntülər paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağları, Rauf Hacıyev küçəsi döngə 7 ünvanındandır. Sakinlər bildirilər ki, uzun müddətdir bu problemlə üz-üzədirlər. Hətta, ərazi müxtəlif su canlılarının, o cümlədən də çömçəquyruqların məskəninə çevrilib. Müvafiq qurumlara dəfələrlə müraciət etsələr də, məsələ həllin tapmır.
Sakinlərin sözlərinə görə, ərazidə yaşayan bir neçə ailə evlərini su basdığı buradan köçüb. Gedə bilməyənlər isə bu vəziyyətlə barışmalı olublar.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, mərkəzləşmiş tullantı su şəbəkəsi olmayan ərazilərdə agentliyin sifarişi ilə təchizat sisteminin qurulması üçün müvafiq layihə sənədləri hazırlanıb.
Layihələrin icrası təchizat sisteminin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Şəbəkələrin inşası agentliyin tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır.
Həmçinin diqqətə çatdırılıb ki, fevraldan su və kanalizasiya təchizatına qoşulmaq üçün yeni qaydalar tətbiq edilir.
Bu qaydalara uyğun olaraq təchizat sisteminə qoşulmaq istəyən vətəndaşlar müvafiq sənədlərlə "ASAN Xidmət", "ASAN Kommunal" mərkəzlərinə müraciət etməlidirlər.
Ətraflı videomateriada:
Oxşar xəbərlər
Bu gün paytaxtın 555 küçəsi yuyuldu
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ Çinlə nadir torpaq metalları müqaviləsini qüvvədə olduğunu hesab edir
-
Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək
-
Ölüm riski yüksək olan HANTAVİRUS: Azərbaycanda yoluxma varmı?
-
Tramp bildirib ki, İran artıq ABŞ-ni ələ salmayacaq
-
Azərbaycan Kuboku: Cari mövsümdə tamaşaçı sayı son 10 ilin ən yüksək göstəricisi kimi yadda qalıb
-
Tramp: ABŞ İranın zənginləşdirilmiş uran ehtiyatlarını əldə etmək istəyir













