İraq və İran sərhəd nəzarətini gücləndirəcək
Far.Az xəbər saytı

İraq və İran sərhəd nəzarətini gücləndirəcək


Bağdad və Tehran təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək və sərhəd bölgələrində silahlı qrupların hərəkətinin qarşısını almaq üçün əlavə tədbirlər görmək barədə razılığa gəliblər.

"Report"un məlumatına görə, bu barədə İraq Baş nazirinin milli təhlükəsizlik müşaviri Qasım əl-Ərəcinin mətbuat xidmətinin açıqlamasında bildirilib.

Razılaşmalar İraq və İran Ali Təhlükəsizlik Komitəsinin Bağdadda keçirilən iclasından sonra əldə edilib.

Tərəflər birgə koordinasiyanın gücləndirilməsinin, sərhəd nəzarətinin möhkəmləndirilməsinin və fəaliyyətləri İraq, İran və bütün regionun təhlükəsizliyinə təhdid yarada biləcək terrorçu və silahlı qrupların ölkəyə daxil olmasının qarşısının alınmasının vacibliyini vurğulayıblar.

Bəyanata görə, İran tərəfi Bağdada İraq Kürdüstanının muxtar bölgəsində yerləşən bir neçə İran silahlı qrupunun fəaliyyəti ilə bağlı məlumat çatdırıb.

Müzakirələrdən sonra tərəflər bu məsələni hərtərəfli həll etmək üçün lazımi tədbirlərin görülməsi barədə razılığa gəliblər.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər