Azərbaycan ixracatçıları ilə Serbiya bazarına çıxış imkanları müzakirə ediləcək
Far.Az xəbər saytı

Azərbaycan ixracatçıları ilə Serbiya bazarına çıxış imkanları müzakirə ediləcək


Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixrac potensialının araşdırılması üçün ölkənin ixracatçıları ilə görüşün keçirilməsi qərara alınıb.

"Far.Az" xəbər verir ki, bununla bağlı müzakirələr İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) Serbiyanın mədəniyyət naziri, Azərbaycan–Serbiya Hökumətlərarası Komissiyasının həmsədri Nikola Selakoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə baş tutub.

Görüş zamanı Azərbaycan məhsullarının Serbiya bazarına ixrac perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verib, əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

Serbiya naziri ölkəsinin investisiya potensialı, xüsusilə sağlamlıq turizmi sektorunda imkanlar barədə danışıb. Bu sahədə tərəfdaşlıq perspektivləri qeyd olunub.

Tərəflər əməkdaşlığın genişləndirilməsi məqsədilə bir-birilərini ölkələrində keçiriləcək nüfuzlu beynəlxalq tədbirlərdə iştiraka dəvət ediblər. Bu çərçivədə Serbiyada təşkil olunacaq ixtisaslaşmış "Expo 2027" ümumdünya sərgisi və bu il Azərbaycanda keçirilməsi planlaşdırılan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu xüsusi vurğulanıb.

Oxşar xəbərlər

Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan-Qırğızıstan Hökumətlərarası Komissiyasının 6-cı iclası keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər