Deputat: Azərbaycan Cənubi Qafqazda önəmli tərəfdaşdır
Azərbaycan Cənubi Qafqaz regionunda önəmli tərəfdaşdır.
"Far.Az" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fariz İsmayılzadə Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən "Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır" mövzusunda dəyirmi masada deyib.
Onun sözlərinə görə, Ermənistanda bir neçə həftə sonra keçiriləcək parlament seçkiləri böyük şansdır:
"Burada yeni Ermənistan vizyonu qurulur. Hazırkı Ermənistan özünü sülh tərəfdarı kimi göstərir. Lakin bu ölkənin daxilində də sülhə qarşı olan qüvvələr var. Azərbaycana qarşı qətnamələr qəbul edilir, burada da əsas iştirakçılar erməni lobbisidir. Məqsəd də sülh prosesinə ziyan vurmaqdır".
Deputat qeyd edib ki, bundan əlavə regionda, Cənubi Qafqaza daxil olmaq istəyən digər qüvvələr var:
"Buna səbəb isə Cənubi Qafqazın inkişafıdır. Bu coğrafi məkana təsir etmək istəyirlər. Bu prosesdə Azərbaycan önəmli partnyor kimi görsənir. Azərbaycan özünə inamlı ölkədir. Azərbaycan xarici basqılarından çəkinən ölkə deyil. Prezident İlham Əliyevin bu məsələdə mövqeyi bəllidir. Azərbaycanı bu regionda etibarlı bir mərkəzə çevirməkdir".
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lökbatanda böyük anbarların birində güclü yanğın başlayıb
-
Ailənin illərdir gözlədiyi övladı faciəli şəkildə öldü: Muradın ad gününə cəmi iki gün qalmışdı...
-
Aeroportla Bakının əsas məntəqələri arasında WUF13 şattl avtobusları hərəkət edəcək
-
WUF13 iştirakçılarının NƏZƏRİNƏ: 6 istiqamət üzrə şattl avtobusları fəaliyyətə başlayır
-
TDT baş katibi Allahşükür Paşazadə ilə görüşüb
-
"Al Jazeera": İran uranı ölkədən çıxarmaqdan imtina edib













