Avropa Komissiyası "Taliban"la danışıqlara hazırlaşır
Far.Az xəbər saytı

Avropa Komissiyası "Taliban"la danışıqlara hazırlaşır


Avropa Komissiyası Avropa İttifaqında (Aİ) qalmaq hüququ olmayan əfqan vətəndaşlarının geri qaytarılması məsələləri üzrə Brüsseldə mümkün görüş üçün Əfqanıstanın de-fakto hakimiyyət orqanlarının nümayəndələrinə dəvət göndərib.

"Far.Az"un Avropa bürosu xəbər verir ki, bunu Avropa Komissiyasının rəsmi nümayəndəsi Markus Lammert Brüsseldə keçirilən brifinqdə bildirib.

Lammertin sözlərinə görə, məktub Aİ-nin Daxili İşlər üzrə Baş Direktorluğu tərəfindən İsveç Ədliyyə Nazirliyi ilə birgə göndərilib. Söhbət "texniki səviyyədə" görüşdən və yanvar ayında Əfqanıstanda başlanmış təmasların davam etdirilməsindən gedir.

"Biz hazırda burada, Brüsseldə potensial növbəti görüşün keçirilməsi imkanını öyrənirik", - o qeyd edib. Rəsmi nümayəndənin sözlərinə görə, təşəbbüs ötən il Avropa Komissiyasından miqrantların geri qaytarılması məsələləri üzrə Əfqanıstan hakimiyyəti ilə təmasları əlaqələndirməyi xahiş etmiş 20 Aİ ölkəsindən və Şengen zonasına assosiasiya olunmuş dövlətlərdən irəli gəlir.

Sualları cavablandıran Lammert dəvətin Əfqanıstan hakimiyyətinin məhz hansı strukturlarına göndərildiyini və nümayəndə heyətinin Brüsselə mümkün səfərini kimin ödəyəcəyini deməkdən imtina edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Əfqanıstanda əcaib "Taliban" idarəçiliyi - Musiqi, qalstuk, "TikTok" qadağası, arvadı döymək hüququ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Pakistan-Əfqanıstan müharibəsi – terror qruplaşmasının xidməti - ŞƏRH
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər