Azərbaycan BP ilə enerji və dekarbonizasiya məsələlərini müzakirə edib - YENİLƏNİB
Böyük Britaniyanın BP şirkəti ilə Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirilən "Şəfəq" layihəsinin icrası, xüsusilə Cəbrayıldan "yaşıl elektron"ların virtual ötürülməsini mümkün edən mexanizmin yaradılması yüksək qiymətləndirilib.
"Far.Az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir Pərviz Şahbazovla BP şirkətinin baş icraçı direktoru Meq O"Nil arasında keçirilən görüşdə aparılıb.
Bildirilib ki, bu mexanizmin regionda dekarbonizasiya və enerji nəqli modelində yeni mərhələyə keçidi təmin edən mühüm innovativ addım olduğu vurğulanıb.
Görüşdə BP şirkəti ilə uzunmüddətli strateji enerji tərəfdaşlığı və enerji təhlükəsizliyi layihələri üzrə əməkdaşlığın hazırda bərpa olunan enerji, dekarbonizasiya istiqamətində genişlənməsindən məmnunluq ifadə olunub. Azərbaycan-bp tərəfdaşlığının 30 ildən çox tarixə malik olduğu və bu əməkdaşlığın mürəkkəb dövrlərdə mühüm nəticələr verdiyi vurğulanıb.
Görüşdə Azərbaycanın enerji sektorunda həyata keçirdiyi islahatlar barədə məlumat verilərək bildirilib ki, ölkəmiz ənənəvi neft - qaz ixracatçısından tədricən bərpa olunan enerji istehsalçısına çevrilir və enerji strategiyası balanslaşdırılmış yanaşmaya əsaslanmaqla neft, qaz, hidro, külək və günəş enerjisini əhatə edir. Həmçinin Xəzər dənizinin 157 QVt külək enerjisi potensialı, eləcə də regionlararası enerji interkonnektor layihələri də diqqət mərkəzində olub. Dünyada elektrik enerjisinə artan tələbat fonunda Azərbaycanın elektrik enerjisinin ixracını prioritet istiqamət kimi müəyyən etdiyi qeyd edilib. Bildirilib ki, gələcəkdə regionlar və ölkələr arasında əlaqələr təkcə dekarbonizasiya deyil, həm də enerji təhlükəsizliyi baxımından həlledici rol oynayacaq.
Söhbət zamanı Azərbaycan və BP arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üzrə qarşılıqlı maraq ifadə edilib. Həmçinin qlobal enerji bazarlarında vəziyyət ətrafında da fikir mübadiləsi aparılıb.
Azərbaycan və Böyük Britaniyanın BP şirkəti arasında enerji və dekarbonizasiya məsələləri müzakirə edilib.
"Far.Az" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir bildirib ki, BP şirkətinin baş icraçı direktoru Meq O"Nil ilə görüşüb: "Azərbaycan-BP tərəfdaşlığının 30 ildən artıq uğurlu tarixi fonunda enerji təhlükəsizliyindən bərpa olunan enerjiyə və dekarbonizasiyaya qədər genişlənən əməkdaşlığı müzakirə etdik".
P. Şahbazov qeyd edib ki, "Şəfəq" layihəsi çərçivəsində "yaşıl elektron"ların virtual ötürülməsi kimi innovativ mexanizmin əhəmiyyətini dəyərləndirib.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Leyla Əliyeva Liv Bona Dea Hospitalında Sümük iliyi nəqli mərkəzinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lökbatanda böyük anbarların birində güclü yanğın başlayıb
-
Ailənin illərdir gözlədiyi övladı faciəli şəkildə öldü: Muradın ad gününə cəmi iki gün qalmışdı...
-
Aeroportla Bakının əsas məntəqələri arasında WUF13 şattl avtobusları hərəkət edəcək
-
TDT baş katibi Allahşükür Paşazadə ilə görüşüb
-
WUF13 iştirakçılarının NƏZƏRİNƏ: 6 istiqamət üzrə şattl avtobusları fəaliyyətə başlayır
-
"Al Jazeera": İran uranı ölkədən çıxarmaqdan imtina edib













