Bakıda "InVision Design Talks BAKU 2026" keçirilib
"Seranit Azerbaijan" və "Sinerji Pro" şirkətlərinin təşkilatçılığı ilə mayın 11-də Bakı Konqres Mərkəzində memarlıq, dizayn, şəhərsalma və texnologiya sahələrinin aparıcı nümayəndələrini bir araya gətirən "InVision Design Talks BAKU 2026" tədbiri keçirilib.
Ötən ilin may ayında ilk dəfə təşkil olunan və bu il ikinci dəfə keçirilən platforma memarlıq, interyer dizaynı, süni intellekt, şəhərsalma və innovativ texnologiyalar sahəsində regional və beynəlxalq fikir mübadiləsi üçün mühüm müzakirə platforması kimi çıxış edib.
Tədbirin açılış mərasimində aparıcı Eldar Kərimov layihənin məqsəd və vizyonu haqqında iştirakçılara məlumat verib. Daha sonra moderator Osman Arayıcı səhnəyə dəvət olunub və tədbirdə iştirak edən spikerlərin təqdimatı keçirilib.
Tədbirin fəxri qonağı olan Türkiyənin Azərbaycandakı səfiri professor doktor Birol Akgün çıxışında Türkiyə ilə Azərbaycan arasında münasibətlərin tarixinin ən yüksək mərhələsini yaşadığını bildirib. O, vurğulayıb ki, iqtisadiyyat, siyasət, enerji, mədəniyyət və digər istiqamətlər üzrə iki ölkə arasında əməkdaşlıq sürətlə inkişaf edir.
Səfir xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Qarabağın işğaldan azad edilməsinin Türkiyə-Azərbaycan münasibətlərinə yeni strateji baxış qazandırdığını qeyd edib.
"Şuşa Bəyannaməsi ilə Türkiyə və Azərbaycan artıq real mənada strateji müttəfiqə çevrilib", – deyə B.Akgün bildirib.
Diplomat çıxışında Türk dünyasının ortaq memarlıq və şəhərsalma ənənələrinə də toxunub. O qeyd edib ki, Bakı, Səmərqənd, Buxara, Konya, Bursa, İstanbul və digər şəhərlər Türk sivilizasiyasının memarlıq və estetik baxımdan ən mühüm nümunələri hesab olunur.
"Şəhərlər yalnız yollar və infrastrukturdan ibarət deyil. Orada həmin sivilizasiyanın incə sənəti və estetikası yaşayır. Estetika sivilizasiyanın ən yüksək mərhələsidir", – deyə səfir əlavə edib.
Birol Akgün Bakının tarixən memarlıq və estetika şəhəri olduğunu vurğulayaraq, paytaxtın bu gün də XXI əsrin memarlıq baxışlarını cəsarətlə nümayiş etdirən önəmli mərkəzlərdən biri kimi inkişaf etdiyini bildirib.
Tədbirin birinci sessiyasında memarlıq və texnologiyanın gələcəyinə həsr olunan çıxışlar təqdim olunub. Yeşeren Ersan "Süni İntellekt ilə Dizayn və Tikintidə Yeni Paradiqma: Məlumat əsaslı yaradıcılıq və ağıllı istehsal" mövzusunda çıxış edərək süni intellektin dizayn və istehsal proseslərinə təsirindən danışıb.
Ardınca Sinan Kafadar "Davamlı Estetika: Statik quruluşlardan adaptiv gələcəyə" mövzusunda təqdimatla çıxış edib və müasir memarlıqda adaptiv yanaşmaların əhəmiyyətini vurğulayıb.
İkinci sessiyada Sefer Çağlar "Məkan üzərindən sosial qarşılıqlı əlaqə və təcrübə dizaynı" mövzusunda çıxış edərək ictimai məkanların insan davranışına və sosial münasibətlərə təsirindən bəhs edib.
Tusi Əliyev isə "Rəqəmsal intibah və dizaynda yeni əməkdaşlıq protokolları" mövzusunda təqdimatla çıxış edərək rəqəmsal transformasiya dövründə dizayn sahəsində yaranan yeni əməkdaşlıq modelləri barədə fikirlərini bölüşüb.
Tədbirin yekun hissəsində Özer Çiçək "Yüksək binalarda isitmə sistemlərinin xarici fasadla qarşılıqlı əlaqəsi" mövzusunda təqdimat edib. O, müasir tikililərdə enerji səmərəliliyi və fasad həllərinin mühəndislik sistemləri ilə inteqrasiyasının əhəmiyyətindən danışıb.
"InVision Design Talks BAKU 2026" iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və memarlıq, şəhərsalma, texnologiya və dizayn sahəsində yeni əməkdaşlıqlar üçün mühüm platforma kimi qiymətləndirilib.
Tədbirin sonunda təşkilatçılar iştirakçılara və qonaqlara təşəkkür edərək, "InVision Design Talks" platformasının gələcək illərdə də beynəlxalq miqyasda inkişaf etdiriləcəyini bildiriblər.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lökbatanda böyük anbarların birində güclü yanğın başlayıb
-
Ailənin illərdir gözlədiyi övladı faciəli şəkildə öldü: Muradın ad gününə cəmi iki gün qalmışdı...
-
Aeroportla Bakının əsas məntəqələri arasında WUF13 şattl avtobusları hərəkət edəcək
-
TDT baş katibi Allahşükür Paşazadə ilə görüşüb
-
WUF13 iştirakçılarının NƏZƏRİNƏ: 6 istiqamət üzrə şattl avtobusları fəaliyyətə başlayır
-
"Al Jazeera": İran uranı ölkədən çıxarmaqdan imtina edib













