Otaq yoldaşına 16 bıçaq zərbəsi vuran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Far.Az xəbər saytı

Otaq yoldaşına 16 bıçaq zərbəsi vuran şəxsə hökm oxundu - TƏFƏRRÜAT


Bakıda kirayədə birlikdə qaldığı otaq yoldaşını 16 bıçaq zərbəsi ilə öldürməyə cəhddə təqsirləndirilən İbrahim Əliyevin məhkəməsi yekunlaşıb.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, İbrahim Əliyev 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı Elvin Mirzəyev ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən müttəhimin 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

İstintaqla müəyyən edilib ki, İbrahim Əliyevin əvvəllər Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə məhkumluğu olub.

Onun otaq yoldaşı Cəfər Vəliyevlə aralarında mübahisə yaranıb. Nəticədə İbrahim Əliyev C.Vəliyevə 16 bıçaq zərbəsi ilə xəsarət yetirib.

Belə ki, Cəfər Vəliyev ondan idman alətlərini götürməyini istəyib və əvvəlcə bu məsələyə görə mübahisələri yaranıb. Daha sonra İbrahim Əliyev "TikTok"da uca səslə videolara baxıb. Zərərçəkmiş ondan səsi azaltmağı tələb edib və sonra təqsirləndirilən şəxsin yaxasından yapışıb. Zərərçəkmiş Cəfər Vəliyev ona yumruq zərbələri vuranda İbrahim Əliyev də ona ardıcıl bıçaq zərbələri vurub.

Təqsirləndirilənə qarşı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər