"Google" və "SpaceX" orbital data mərkəzlərinin yaradılması üzrə müqavilə bağlamağı müzakirə edir
Far.Az xəbər saytı

"Google" və "SpaceX" orbital data mərkəzlərinin yaradılması üzrə müqavilə bağlamağı müzakirə edir


"Google" raket buraxılışları və kosmik data mərkəzlərinin orbitə çatdırılması üzrə müqavilə bağlamaq barədə "SpaceX" ilə danışıqlar aparır.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Hələ təcrübədə tətbiq olunmayan texnologiya yayda planlaşdırılan şirkət səhmlərinin birjada ilkin yerləşdirilməsi ərəfəsində "SpaceX"in investisiya təklifinin əsasına çevrilib. "SpaceX"in rəhbəri İlon Mask onu öz müəssisəsi üçün "yeni hüdud" adlandırıb.

"Google", öz növbəsində, hələ ötən il "Project Suncatcher" təşəbbüsü çərçivəsində 2027-ci ilə qədər eksperimental peyklər buraxmaq niyyətini elan etmişdi. Şirkətin baş direktoru Sundar Piçai: "Biz peyklərdə yığcam hesablama modulları göndərməyi, onları sınaqdan keçirməyi, bundan sonra isə miqyası böyütməyə başlamağı planlaşdırırıq", - deyə bildirmişdi.

WSJ-nin mənbələrindən birinin bildirdiyinə görə, "Google" paralel olaraq digər raket buraxılışı operatorları ilə mümkün müqavilələr barədə danışıqlar aparır.

Bir çox sahə ekspertləri orbital hesablamaları geniş ərazilərə ehtiyac duyan və nəhəng miqdarda enerji istehlak edən yerüstü məlumat emalı mərkəzlərinə xas olan məhdudiyyətləri aşmaq üçün bir yol kimi qəbul edirlər. Kosmik data mərkəzlərinin günəş panellərinin köməyi ilə elektriklə təchiz edilməsi planlaşdırılır ki, bu da yerüstü infrastruktur üçün xarakterik olan enerji məhdudiyyətlərini aradan qaldırmağa imkan verir.

Razılaşma əldə ediləcəyi halda, "Google" və "SpaceX" əvvəllər hər iki şirkətin rəqabət aparmağa hazırlaşdığı bir istiqamət olan orbital məlumat emalı mərkəzləri sahəsində səylərini birləşdirəcəklər.

Nəşr həmçinin xatırladıb ki, "Google" "SpaceX"in erkən investorlarından biridir və şirkətdə 6,1 % paya malikdir. "Google"un icraçı direktoru Don Harrison "SpaceX"in Direktorlar Şurasında yer alır. "SpaceX" Vəziyyəti şərh etməyib.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Azərbaycan gömrükçüləri "Uşaq oyuncaqları" yükündən bəyan olunmayan mallar aşkarladı
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər