WUF13 akkreditasiya kartlarının veriləcəyi TARİX AÇIQLANDI - FOTO
17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasında (WUF13) iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərə 14 may tarixindən etibarən Akkreditasiya və Qeydiyyat Mərkəzində akkreditasiya kartlarının verilməsinə başlanılacaq.
BAKU.WS xəbər verir ki, tədbirin keçirildiyi məkan - Bakı Olimpiya Stadionunda yerləşən mərkəz WUF13 iştirakçılarının qeydiyyatı, akkreditasiyası və məlumatlandırılması prosesinin vahid və operativ şəkildə həyata keçirilməsini təmin edəcək.
Mərkəz 14-16 may tarixlərində saat 09:00-18:00, 17-21 may tarixlərində saat 07:00-18:00, 22 may tarixində isə saat 07:00-15:00 aralığında fəaliyyət göstərəcək.
WUF13 iştirakçıları, rəsmi nümayəndələr və qonaqlar 14-22 may 2026-cı il tarixləri ərzində Akkreditasiya və Qeydiyyat Mərkəzinə yaxınlaşaraq qeydiyyatdan keçib akkreditasiya kartlarını əldə edə biləcəklər.
Onlayn qeydiyyatdan keçmiş şəxslər WUF13 akkreditasiya kartlarını əldə etmək üçün elektron poçtlarına göndərilən unikal qeydiyyat nömrəsi ilə yanaşı, qeydiyyat zamanı istifadə etdikləri etibarlı şəxsiyyətini təsdiq edən sənədi də özləri ilə gətirməlidirlər. Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyəti təsdiq edən sənəd, xarici ölkə vətəndaşları isə etibarlı pasport təqdim etməlidirlər.
Bununla yanaşı, tədbir günlərində yerində qeydiyyat imkanı da yaradılacaq.
Qeydiyyat prosesinin daha rahat və sürətli təşkili məqsədilə iştirakçılara əvvəlcədən onlayn qeydiyyatdan keçmələri tövsiyə olunur. Onlayn qeydiyyat BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təqdim edilən Qlobal Tədbir İdarəetmə Sistemi (GEMS) - https://events.unhabitat.org - vasitəsilə həyata keçirilir və onlayn qeydiyyat üçün son tarix 15 may saat 18:00-dır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Futbolçuda xərçəng aşkarlandı - Həkim xəstəliyi "Xəyanətkar" adlandırdı
-
NYT: İran raket obyektlərinin mütləq əksəriyyətinə çıxışını qoruyub saxlayır
-
Sumqayıtda keçirilən WUF13 Festivalının ictimai proqramına altı mindən çox sakin qatılıb - YENİLƏNİB
-
"Real"ın prezidenti vəzifəsinə növbədənkənar seçkilər keçiriləcək
-
ABŞ HDQ-nin qərargah rəisi Hörmüz boğazının minalardan təmizlənməsi üçün şərti açıqlayıb
-
Azərbaycan və Pakistan qlobal gündəmə aid məsələləri müzakirə edib













