Londonda ölən 34 yaşlı azərbaycanlı hamilə qadın KİM İDİ?
Far.Az xəbər saytı

Londonda ölən 34 yaşlı azərbaycanlı hamilə qadın KİM İDİ?


"İngiltərədə yaşayan soydaşımız, diaspor fəalı Natəvan Qasımzadə ömrünün 34-cü ilində vəfat edib. 1992-ci ildə Bakıda anadan olan Natəvan Qasımzadə orta və bakalavr təhsilini doğma şəhərində başa vurub. Daha sonra İngiltərənin Vestminster Universitetində hematologiya ixtisası üzrə magistr təhsili alıb və həmin ölkədə tibb sahəsində çalışmağa başlayıb".

Far.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mayın 12-də İngiltərədə vəfat edən Natəvan Qasımzadə ilə bağlı yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Natəvan Qasımzadə İngiltərədə diaspor fəaliyyətinə aktiv qoşularaq Azərbaycan həqiqətlərinin təbliği və milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ardıcıl işlər görüb:

"44 günlük Vətən müharibəsi zamanı beynəlxalq ictimaiyyəti tarixi faktlara əsasən düzgün məlumatlandırmaqda fəal rol oynayıb. O, həmçinin DİDK-nın təşkil etdiyi layihələrdə iştirak edərək diaspor fəaliyyətinə töhfələr verib.

DİDK Natəvan Qasımzadənin vaxtsız vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə, yaxınlarına və diaspor ictimaiyyətinə dərin hüznlə başsağlığı verir".

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər