"Trendyol" Xankəndidə keçirilən regional "İKT-də qızlar"  konfransına dəstək olub
Far.Az xəbər saytı

"Trendyol" Xankəndidə keçirilən regional "İKT-də qızlar"  konfransına dəstək olub


"Trendyol" və "PAŞA Holding"in dəstəyi ilə Xankəndi şəhərində "İnformasiya-Kommunikasiya Texnologiyaları üzrə Qızlar üçün 12-ci Regional Konfrans" keçirilib. Qarabağ universitetində keçirilən konfransda 12-16 yaşlı 80 məktəbli qız iştirak edib.

Konfransda orta məktəb şagirdləri süni intellekt üzrə əsas anlayışlarla tanış olub, bu texnologiyanın real həyat və iş mühitində tətbiq imkanlarını öyrənib, həmçinin praktiki bacarıqlar əldə ediblər. VR təcrübələri, interaktiv seminarlar, oyunlar, komanda işi proqramın əsas hissələrini təşkil edib.

Təlimin praktiki mərhələsində məktəblilər əldə etdikləri bilikləri tətbiq edərək süni intellektin dəstəyilə kiçik veb-saytlar hazırlayıblar.

Xatırladaq ki, ötən ay "Trendyol" və PAŞA Holding Gəncə və Mingəçevirdə ‘"Süni intellektlə yeni başlanğıc" adlı qızlar üçün 2 günlük AI düşərgəsi təşkil edib. Düşərgəyə yeni məzunlar və ya karyerasının ilkin mərhələsində olan 80 gənc qadın cəlb olunub.

Bu təşəbbüslər "Trendyol"un Azərbaycanda qadınların rəqəmsal bacarıqlarının artırılması, onların texnologiya sahəsində iştirakının genişləndirilməsi və inklüziv rəqəmsal ekosistemin formalaşmasına töhfə verməyə yönəlib. Şirkət bu istiqamətdə "PAŞA Holding"lə birlikdə davamlı layihələr həyata keçirir.

Oxşar xəbərlər

"Trendyol" və "PAŞA Holdinq"in dəstəyi ilə qızlar üçün iki günlük "Aİ" düşərgəsi təşkil edilib
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib, bir sıra sosial müəssisələrlə tanış olub
Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
"Misli"nin dəstəyilə Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər