BMT ABŞ və Çin liderlərinin görüşünün fikir ayrılıqlarının həllinə kömək edəcəyinə ümid edir
Far.Az xəbər saytı

BMT ABŞ və Çin liderlərinin görüşünün fikir ayrılıqlarının həllinə kömək edəcəyinə ümid edir


BMT ABŞ və Çin arasındakı ali səviyyəli dialoqu alqışlayır və ümid edir ki, iki ölkənin liderləri qarşıdan gələn şəxsi görüşdən fikir ayrılıqlarını həll etmək üçün istifadə edəcəklər.

"Report" xəbər verir ki, bu barədə BMT-nin rəsmi nümayəndəsinin müavini Fərhan Haq brifinqdə ABŞ Prezidenti Donald Trampın Çinə dövlət səfərini şərh edərkən bildirib.

"Biz ABŞ və Çin kimi iki mühüm ölkə arasındakı istənilən dialoqu yüksək qiymətləndiririk və istərdik ki, onlar özlərinin hər hansı fikir ayrılıqlarını həll etmək üçün belə məqamlardan istifadə etsinlər", - F.Haq bildirib.

Çərşənbə günü Amerika lideri Çinə gedib. Səfər çərçivəsində ABŞ Prezidenti Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə danışıqlar aparacaq.

Ehtimal olunur ki, məsləhətləşmələr zamanı ilk növbədə ikitərəfli ticarət-iqtisadi ziddiyyətlərin həllinə diqqət yetiriləcək. Bundan əlavə, qlobal gündəliyin əsas məsələlərinin müzakirəsi gözlənilir.

Amerika administrasiyasının rəhbəri mayın 15-dək Çində qalacaq.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər