Giya Abaşidze: Azərbaycan regionda güc balansını dəyişən əsas aktora çevrilib
Far.Az xəbər saytı

Giya Abaşidze: Azərbaycan regionda güc balansını dəyişən əsas aktora çevrilib


Azərbaycan Cənubi Qafqazda əsas güc mərkəzi olmaqla yanaşı, geosiyasi və geoiqtisadi təşəbbüsləri ilə artıq qlobal səviyyədə də söz sahibi olan dövlətə çevrilib.

Bunu "Far.Az"un Gürcüstan bürosuna açıqlamasında tanınmış ekspert-analitik Giya Abaşidze bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Zəngilanda verdiyi mesajlar Azərbaycanın regionda sülhün müəllifi və əsas təşəbbüskarı kimi çıxış etdiyini bir daha nümayiş etdirir.

"Müdrik bir lider kimi Prezident İlham Əliyev II Qarabağ müharibəsindən sonra Azərbaycanı, xüsusilə də Cənubi Qafqazdakı siyasi və iqtisadi mühiti əhəmiyyətli dərəcədə dəyişib. Azərbaycanın yaratdığı yeni reallıqlar regional inteqrasiya baxımından xüsusi əhəmiyyət daşıyır. İkinci Qarabağ müharibəsindən sonra ölkə Cənubi Qafqazda siyasi və iqtisadi mühiti əsaslı şəkildə dəyişib. Nəqliyyat və logistika dəhlizlərinin əhəmiyyəti artıb, iqtisadi qarşılıqlı asılılıq daha da güclənib", - deyə ekspert vurğulayıb.

O əlavə edib ki, bütün bunlar regionda güc balansını dəyişib:

"Azərbaycan daha güclü regional aktora çevrilib və Türkiyə, Avropa İttifaqı, Mərkəzi Asiya ölkələri və digər aktorlarla fəal əməkdaşlıq edir. Nəticədə Cənubi Qafqaz daha çoxmərkəzli (multipolyar) məkan halına gəlir. Qərb, eləcə də guya neokolonial yanaşma sərgiləyən aktorlar da bərabərlik prinsipini qəbul etməyə məcbur qalır. Yeni reallıqlar Cənubi Qafqazda tarixi bir fürsət yaradıb. Münaqişə zonasından tədricən əməkdaşlıq, tranzit və iqtisadi əlaqələrin mərkəzinə çevrilmək imkanı formalaşıb".

Zəngəzur dəhlizinin açılmasının və işğaldan azad edilmiş ərazilərin inteqrasiya prosesinə qoşulmasının iqtisadi əhəmiyyətinə toxunan Abaşidze qeyd edib ki, bu addımlar nəqliyyat infrastrukturunun inkişafına, enerji və rəqəmsal kommunikasiya şəbəkələrinin genişlənməsinə, investisiyaların cəlbinə və Qarabağda məşğulluğun artmasına mühüm töhfə verəcək. Bu prosesdə Azərbaycanın etibarlı tərəfdaşı olan Gürcüstan da regional inteqrasiya və əməkdaşlıq layihələrini dəstəkləyir və prosesdə fəal iştirak edir.

Oxşar xəbərlər

İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
İlham Əliyev Zəngilanda inşa olunmuş ilk yaşayış kompleksinin açılışında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər