Azərbaycan ilə Türkiyə arasında iqtisadi perspektivlər müzakirə olunub
Azərbaycan nümayəndə heyəti Türkiyədə səfərdədir.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən "Report"un yerli bürosuna verilən məlumata görə, səfər Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi və Azərbaycanın Qarsdakı Baş Konsulluğunun birgə təşkilatçılığı ilə baş tutub.
Səfər proqramı çərçivəsində İğdır valisi Mustafa Fırat Taşolar ilə görüş keçirilib.
Görüş zamanı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında iqtisadi əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Zəngəzur dəhlizinin bölgənin gələcək iqtisadi inkişafına verəcəyi töhfələrdən də bəhs edilib.
Səfər proqramı çərçivəsində nümayəndə heyəti Qars şəhərində də bir sıra görüşlər keçirib. Qars valisi Ziya Polat və Qars Bələdiyyə Sədri Ötüken Senger ilə keçirilən görüşlərdə iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya imkanları və əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.
Daha sonra Qars Ticarət və Sənaye Palatası İdarə Heyətinin sədri Kadir Bozan və Qarsda fəaliyyət göstərən iş adamları ilə görüş keçirilib. Görüş zamanı Naxçıvanda sahibkarlara təqdim olunan vergi, gömrük və sosial sığorta güzəştləri, Naxçıvanın ixrac imkanları və birgə əməkdaşlıq perspektivləri barədə məlumat verilib.
Səfər proqramına uyğun olaraq növbəti görüş və tədbirlər İstanbul ilə İzmir şəhərlərində keçiriləcək.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
"Mənəvi birliyimiz savaşa qalib gələcək" – Zəngəzur dəhlizinin hissəsi olan İğdırdan və qarlı Qarsdan REPORTAJ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
PSV Kevin De Brüyne üçün transfer təklifi göndərib
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər













