Azercell "Baku Flames"in texnologiya və innovasiya tərəfdaşıdır
Regionun yaradıcı sənaye və innovasiya sahəsində aparıcı platformalarından biri olan "Baku Flames" festivalı Azercell-in tərəfdaşlığı ilə start götürdü. Şirkət artıq ikinci ildir ki, festivalın texnologiya və innovasiya tərəfdaşı qismində çıxış edir.
15-16 may tarixlərində keçirilən festival aparıcı beynəlxalq şirkətlərin nümayəndələrini, kreativ sənaye, marketinq və media sahələrinin ekspertlərini bir araya gətirir. Bu il festivalın proqramında Meta, Google və TikTok kimi qlobal şirkətlərin spikerləri yer alır. Həmçinin artan beynəlxalq maraq fonunda festivala bu il daha geniş coğrafiyadan kreativ layihələr təqdim edilib. Layihələr nüfuzlu beynəlxalq münsiflər heyəti və yaradıcı sənaye üzrə tanınmış ekspertlər tərəfindən qiymətləndiriləcək, qaliblər isə festivalın ikinci günü elan olunacaq.
Festivalın ilk günündə Azercell-in təqdimatında keçiriləcək panel sessiyasında şirkətin Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova brend və brend səfirləri arasında qarşılıqlı dəyərin formalaşması, eləcə də bu əməkdaşlıqların dinamikası ilə bağlı müzakirələrdə iştirak edəcək.
Qeyd edək ki, "Baku Flames" festivalı beynəlxalq kreativ sənaye nümayəndələrini bir araya gətirərək qlobal yaradıcı sənaye tendensiyalarının müzakirəsi, innovativ yanaşmaların paylaşılması və yeni tərəfdaşlıqların qurulması üçün mühüm platforma rolunu oynayır.
Qalereya
Oxşar xəbərlər
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Cəbrayılın Horovlu kəndində Novruz festivalı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
Bakıda Qlobal Cənub QHT-lərinin Baş Assambleyasının yekun bəyannaməsi qəbul edilib
-
Nəsrin Cavadzadənin serialı bu tarixdə başlayır
-
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
-
Türkiyənin 21 bölgəsində əməliyyat! Tanınmış jurnalist də daxil olmaqla 200 NƏFƏR SAXLANILDI













