Türkiyə Prezidenti: İnkişaf edən Türk dünyası məqsədimizdir
Far.Az xəbər saytı

Türkiyə Prezidenti: İnkişaf edən Türk dünyası məqsədimizdir


Gələcəyin dünyasında daha çox söz və təsir sahibi ola bilmək üçün xüsusilə texnologiyada əməkdaşlığımızı ən üst səviyyəyə çıxarmaq məcburiyyətindəyik. Zirvəmizin "Süni intellekt və rəqəmsal inkişaf" mövzusu ilə reallaşdırılmasını bu baxımdan çox uğurlu hesab edirəm. Gələcəyə istiqamət vermək nöqtəsində, rəqəmsallaşaraq inkişaf edən Türk dünyası düşüncəsini mənimsəməyimiz böyük önəm daşıyır.

Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.

O qeyd edib ki, bu məqsəd keyfiyyətli insan resursu, güclü rəqəmsal infrastruktur və data əsaslı ictimai idarəetmə anlayışı üzərində inşa edilməli, Türk dünyası arasındakı əlaqələr qüvvətləndirilməlidir. "Ölkələrimiz arasında ortaq texnologiya layihələrinin inkişaf etdirilməsi, heç şübhəsiz, bu vizyonu dəstəkləyəcək. Rəqəmsal transformasiya prosesində geri qalmağımızın müstəqilliyimizi də təhdid edən bir ünsür olacağının fərqindəyik. Süni intellektin bir hökmranlıq vasitəsinə çevrilməməsi üçün bu mövzuya doğru bir yanaşma ilə, fürsət pəncərəsindən nəzər salmalıyıq",- deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər