Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının bəzi şöbələri gələn ilin əvvəlində fəaliyyətə başlayacaq
Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının bəzi şöbələri 2027-ci ilin əvvəlində sakinlərə xidmət göstərəcək.
Bu fikirləri "Far.Az"un Qarabağ bürosunun Cəbrayıla ezam olunan əməkdaşına açıqlamasında Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrin Müdiriyyətində şöbə müdiri Cabir Muradov deyib.
Onun sözlərinə görə, 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxana kompleksi ümumilikdə 4.6 hektar ərazidə inşa edilir:
"Bilirsiniz ki, işğaldan azad edilmiş ərazilərdə pilot layihə olaraq biz mərkəzi rayon xəstəxanalarını inşa edirik. Kompleksdə əsas bina ilə yanaşı, digər korpuslar da tikilir. Hazırda əsas bina ilə yanaşı, xəstəxananın şöbələri olan Yoluxucu xəstəliklər korpusu, Hemodializ korpusu, eləcə də müstəqil fəaliyyət göstərəcək digər tibb müəssisələri də inşa edilməkdədir. Gigiyena Epidemiologiya Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Təcili Tibbi Yardım stansiyası binaları da tikilir".
C.Muradov xəstəxana kompleksinin 2028-ci ildə tam istifadəyə veriləcəyini bildirib. Onun sözlərinə görə, yeni tikilən xəstəxana kompleksinin bütün şöbələri ən son tibbi avadanlıqlarla təchiz ediləcək.
"Ümumilikdə, layihənin 55 %-i yerinə yetirilib. Xəstəxanada müasir tibbi standartlara cavab verən tibbi avadanlıqlar, kompüter tomoqrafiyası, maqnit rezonans tomoqrafiyası və rəqəmsal rentgen cihazlarının yerləşdirilməsi nəzərdə tutulub. Binada qəbul və təcili yardım, cərrahiyyə, pediatriya, terapiya, reanimasiya, tibbi bərpa və fizioterapiya şöbələri əhaliyə xidmət göstərəcək", - şöbə müdiri əlavə edib.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
-
"Nə qədər ki, sağam, mahnılarıma qulaq asın"
-
İbrahim Əzizi: ABŞ və İsrail İrana qarşı müharibədə istəyinə nail ola bilməyib
-
Azərbaycanda minimum saatlıq əməkhaqqı ilə bağlı YENİ XƏBƏR
-
Səudiyyə Ərəbistanı Yaxın Şərq və İran arasında təcavüzkarlıq paktının imzalanmasını təklif edib
-
Əraqçi: İranla bağlı məsələlərin hərbi həlli yoxdur













