Azərbaycan məhsulları Kazanda keçirilən beynəlxalq sərgidə vahid ölkə stendində təqdim olunub
Far.Az xəbər saytı

Azərbaycan məhsulları Kazanda keçirilən beynəlxalq sərgidə vahid ölkə stendində təqdim olunub


Azərbaycan məhsulları Tatarıstanın Kazan şəhərində keçirilən "Russia & Islamic World Cooperation Expo 2026" sərgisində "Made in Azerbaijan" vahid ölkə stendində təqdim olunub.

Bu barədə "Far.Az" İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir.

Stenddə Azərbaycanın kənd təsərrüfatı, sənaye və tikinti sektorlarını əhatə edən müxtəlif məhsul və xidmətlər nümayiş etdirilib. Azərbaycan şirkətləri tərəfindən meyvə, çay, ədviyyat, zəfəran, fındıq, qənnadı məhsulları, şirələr, konserv məhsulları və mürəbbə daxil olmaqla geniş çeşiddə ərzaq məhsulları və gündəlik tələbat malları, həmçinin Xəzər dənizi sahilində yaşayış, istirahət və investisiya üçün müasir infrastruktura malik genişmiqyaslı şəhər-kurort layihəsi sərgi iştirakçılarına təqdim edilib. Stenddə Azərbaycanın əlverişli investisiya imkanları, biznes mühiti və ixrac potensialı barədə çap materialları, yerli şirkətlərin fəaliyyətini əks etdirən videoçarxlar nümayiş edilib.

Qeyd edək ki, Tatarıstanda səfərdə olan Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi dövlət rəsmilərindən ibarət Azərbaycan nümayəndə heyəti, eləcə də Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov və digər rəsmi şəxslər Azərbaycan stendi ilə tanış olublar.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
İlham Əliyev 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanış olub - YENİLƏNİB
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Leyla Əliyeva Türkmənistan milli mətbəxinə həsr olunan sərgidə iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər