"Ört-basdır etdiklərini ifşa edirik" - BTQ-nin effektiv fəaliyyəti kimləri narahat edir?
Far.Az xəbər saytı

"Ört-basdır etdiklərini ifşa edirik" - BTQ-nin effektiv fəaliyyəti kimləri narahat edir?


"2023-cü il iyulun 6-da yaradılan təşkilatımızın əsas məqsədi kolonializmə qarşı mübarizə aparan tərəflərə, etnik azlıqlara və yerli xalqlara dəstək verməkdir".

Bu sözləri Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov Baku TV-yə müsahibəsində deyib.

O, BTQ-nin strateji hədəfləri və tərəfdaşlıq etdiyi regionlar haqqında məlumat verib: "Biz Yeni Kaledoniya, Fransız Polineziyası, Martinik və digər dənizaşırı ərazilərin siyasi hərəkatları ilə sıx əməkdaşlıq qurmuşuq. Hazırda bu fəaliyyəti həm həmin ərazilər, həm də keçmiş müstəmləkə olan Afrika ölkələri ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) platformalarında davam etdiririk".

Abbas Abbasov həmçinin təşkilatın qlobal nüfuzunu və Siqh icması ilə tərəfdaşlığın səbəblərini açıqlayıb: "Bu gün Bakı Təşəbbüs Qrupu beynəlxalq səviyyədə tanınan nüfuzlu bir QHT-dir, hətta BMT institutları bizim hesabatlarımıza istinad edir. Siqh icmasının bizimlə əməkdaşlıqda əsas marağı onlara qarşı tətbiq edilən transmilli repressiyaları beynəlxalq müstəviyə daşımaqdır. Onlar kolonializmlə mübarizədə göstərdiyimiz legitim dəstəyi görür və bu məsələdə maarifləndirmə işinə böyük önəm verirlər".

Oxşar xəbərlər

İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər