Eyyubov, Daşdəmirov və general oğlu haqda - Yeni qərar
Far.Az xəbər saytı

Eyyubov, Daşdəmirov və general oğlu haqda - Yeni qərar


5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı ittiham olunan Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının sahibi Ruslan Eyyubov, limanın rəisi Rəşad Daşdəmirov və Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov hakim qarşısına təkrar çıxarılıblar.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, prokuror təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri müddətinin uzadılmasını istəyib.

Binəqədi Rayon Məhkəməsi ibtidai araşdırmanın davam etməsini və əlavə sübutların toplanmasını nəzərə alaraq təqdimatı təmin edib.

Qərara əsasən, Ruslan Eyyubov, Rəşad Daşdəmirov və Fərid Usubovun həbsdə saxlanılma müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 5 ay əvvəl həbs ediliblər. Cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılır.

F.Usubov Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş general-mayor Cəbrayıl Usubovun oğludur.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Dövlət Gömrük Komitəsinin daha iki əməkdaşı HƏBS OLUNDU
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər