Fuad Rzayev: "Çempion olmaq və tarixə düşmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik"
Far.Az xəbər saytı

Fuad Rzayev: "Çempion olmaq və tarixə düşmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik"


"Neftçi" İK 19 ildən sonra futzal üzrə Azərbaycan çempionu olmaq və tarixə düşmək üçün əllərindən gələnin ən yaxşısını edəcək.

Bunu "Far.Az"a açıqlamasında komandanın baş məşqçisi Fuad Rzayev deyib.

Mütəxəssis bu gün baş tutacaq "Araz-Naxçıvan"a qarşı çempionluq matçına ciddi hazırlaşdıqlarını söyləyib:

"Şükürlər olsun ki, zədəli və ya cəzalı oyunçumuz yoxdur. Oyuna 14 nəfərlik tam heyətlə çıxacağıq. Bir çoxları şansları fərqli dəyərləndirə bilər, amma biz 19 qat Azərbaycan çempionuna qarşı oynayırıq. Rəqibin heyətindəki futzalçılar UEFA Çempionlar Liqası təcrübəsinə malikdirlər, hər il turnirin qrup mərhələsində çıxış edirlər. Bizim komanda isə bu il yığılıb və legionerlərimiz Braziliyadan başqa yer görməyiblər. Təcrübə baxımından rəqib oyunçular bu cür matçlarda daha rahat və sərbəst olurlar".

O, komandanın psixoloji durumuna və qarşılaşacaqları çətinliklərə də toxunub:

"Komandamız oyuna yaxşı hazırlaşıb. Əsas məsələ psixoloji cəhətdən sakit və təmkinli olmaqdır. Düşünürəm ki, oyunçularımız hələ buna tam hazır deyillər, lakin çempionluq sevinci yaşamaq və 19 ildən sonra tarixə düşmək üçün əllərindən gələnin ən yaxşısını edəcəklər. Bizi düşündürən əsas məqam matçın keçiriləcəyi meydançada daha əvvəl nə məşq etməyimiz, nə də oyun keçirməyimizdir. "Araz-Naxçıvan" isə vaxtilə orada "Benfika"ya qarşı oynayıb, heyətindəki milli üzvləri məşq ediblər. Bu səbəbdən bizə çətin olacaq. Belə bir rəqibə, daha güclü və bahalı transferləri olan komandaya qarşı oynamaq həm qürurvericidir, həm də ağır olacaq. Ümid edirəm ki, sonda çempionluq sevinci yaşayarıq".

Qeyd edək ki, "Neftçi" İK – "Araz-Naxçıvan" görüşü bu gün, saat 19:00-da Bakı İdman Sarayında start götürəcək.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər