İran ABŞ-də keçiriləcək Dünya Çempionatında iştirak edəcək
Far.Az xəbər saytı

İran ABŞ-də keçiriləcək Dünya Çempionatında iştirak edəcək


İran milli futbol komandasının ABŞ-də təşkil olunacaq Dünya Çempionatında iştirakı ilə bağlı heç bir problem gözlənilmir. Rəsmi Tehran bu istiqamətdə FIFA-nın təminat verdiyini açıqlayıb.

Far.Az xəbər verir ki, Türkiyədə İran və FIFA-nın yüksək səviyyəli nümayəndələri arasında keçirilən görüşdə məsələyə aydınlıq gətirilib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, ABŞ-nin İran millisinin bəzi futbolçularına viza verməyəcəyi ilə bağlı iddialar gündəmə gəlsə də, bu mövzu üzrə narahatlığa əsas yoxdur.

Onun sözlərinə görə, FIFA ev sahibi ölkənin bütün qaydalara əməl edəcəyinə dair zəmanət verib.

"İrana bütün qaydaların ev sahibi ölkə tərəfindən icra ediləcəyi barədə təminat verilib", – Bəqai qeyd edib.

Rəsmi şəxs əlavə edib ki, İran milli komandasının Dünya Çempionatında iştirakı ilə bağlı qərarlar İran İdman Nazirliyi və İran Futbol Federasiyası tərəfindən müxtəlif qiymətləndirmələr əsasında qəbul olunur.

Bəqai vurğulayıb ki, milli komanda və texniki heyət üçün viza verilməsi FIFA qaydalarına uyğun olaraq ev sahibi ölkələrin öhdəliyidir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər