Bakıda WUF13-ün üçüncü günü işinə başlayıb
Far.Az xəbər saytı

Bakıda WUF13-ün üçüncü günü işinə başlayıb


Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) üçüncü günü öz işinə başlayıb.

Far.Az xəbər verir ki, gün ərzində ümumilikdə təxminən 162 tədbirin keçirilməsi nəzərdə tutulur.

Bu gün WUF13 çərçivəsində "Yaşıl, Davamlı və İnklüziv Bərpaya Doğru: Azərbaycanda Davamlı Şəhərlərin Tətbiqi", "Tərəfdaşlıq, Siyasət İnnovasiyası və Maliyyə vasitəsilə Əlverişli Mənzillərin Sürətləndirilməsi", "Köçkünlük Kontekstində "Yaxşı Şəhər"in Yenidən Düşünülməsi: Şəhər Böhranında Mənzil, Yaşayış Vəsaitləri və Rifah - Bir Tədqiqat", "Şəhərsalma İqlim Fəaliyyətidir - C40 və BMT-nin Yaşayış Yeri Sürətləndiricisi" kimi mövzularda sessiyalar baş tutacaq.

Xatırladaq ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib.

Forum mayın 17-də start götürüb və 22 mayadək davam edəcək.

Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.

***07:55

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) üçüncü gününə start verilir.

Far.Az xəbər verir ki, bu gün müxtəlif mövzularda müzakirələr aparılacaq, problemlərlə bağlı həll yolları təklif ediləcək.

Gün ərzində ümumilikdə 160-dan çox tədbirin keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, dünən WUF13-ün rəsmi açılış mərasimi olub və Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edib.

Əlavə edək ki, WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə keçirilir.

"Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunan forum mayın 22-dək davam edəcək.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - YENİLƏNİB-4
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər