Azərbaycanın qadın voleybolçulardan ibarət millisi xaricdəki təlim-məşq toplanışını yekunlaşdırıb
Avropa Liqasına hazırlaşan Azərbaycanın qadın voleybolçulardan ibarət millisi ölkə xaricindəki təlim-məşq toplanışını başa vurub.
"Far.Az" Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, 12-16 mayad Macarıstanda təlim-məşq toplanışında olan komanda bu ölkənin yığma komandası ilə iki yoxlama oyunu keçirib və hər iki qarşılaşmada qələbə qazanıb (3:0, 3:1).
Daha sonra Sloveniyaya yollanan voleybolçular mayın 16-dan 29-dək Maribor şəhərində hazırlıq keçiblər. Faiq Qarayevin rəhbərlik etdiyi yığma burada baş tutan yoxlama oyunlarında Xorvatiya (3:1) və Avstriya (3:1, 3:1) millilərini, eləcə də ABŞ-nin "Colgate" klubunu (3:0) məğlub edib.
Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasındakı ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda komandanın rəqibləri İsveç və Estoniya olacaq.
Oxşar xəbərlər
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FNC BOKT maliyyə vəziyyətini açıqlayıb
-
ABŞ Türkmənistan qazının Transxəzər marşrutlarla ixracını dəstəkləyir
-
Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb
-
ABŞ Sakit Okeanda narkotikdaşıyan gəmiyə zərbə endirib
-
Pentaqon silah istehsalını kəskin şəkildə artırmağı planlaşdırır
-
İsrailin Livanın cənubuna hücumunda 11 nəfər həlak olub













